Messi: "Ronaldo? Onunla tanış deyiləm"

02.11.2012 | 4312 dəfə oxunub

Lionel Messi Dieqo Armando Maradona, komanda yoldaşları, "Real" haqda danışıb. Stadium.az xəbər verir ki, Messi söhbətə "Barsa"nın hazırkı çalışdırıcısı Tito Vilanovadan bəhs etməklə başlayıb.

TİTO VİLANOVA

Onu mən çoxdan tanıyıram. Biləndə ki, komandamızın yeni baş məşqçisi Tito olacaq, buna çox sevindim. İndi o sübut edir ki, komandaya nəticə qazandıra bilər. Ümid edirəm ki, Vilanovanın rəhbərliyi altında hazırkı tempi saxlayıb, mövsümün sonunda titullar qazanacğıq.

XAVİ və İNYESTA

Hər ikisi əla futbolçudur. Oyun tərzlərinə görə bir-birlərinə çox bənzəyirlər. Həm Havi, həm də İnyesta istər insan, istərsə də futbolçu kimi möhtəşəmdirlər.

ERİK ABİDAL

O həqiqətən də möcüzəvi insandır. Erik həyatında baş qaldıran problemləri sadəcə gülüşlə qarşıladı. Onun məhz ruhdan düşməməsi, müsbət sonluğa olan inamı bizə əlavə güc verdi. Hazırda Erik yenidən bizimlə məşqlərə başlayıb. Zaman keçdikcə o daha da yaxşılaşır. Onun yenidən aramıza qayıtması hamımız üçün əlavə motivasiyadır.  

MASKERANO

O bizim komandamızda mühüm futbolçuya çevrilib. Komandaya gəldiyi ilk vaxtlarda bəziləri onun bizə xeyir verəcəyinə şübhə ilə yanaşırdı. Lakin o yaxşı futbolçu olduğunu sübuta yetirdi.

MARADONA

Həyatda tanıdığım ən unikal insandır. Mən ona görə xoşbəxtəm ki, onu həm insan, həm də məşqçi kimi tanıyıram. Bizim onunla əla, dost münasibətimiz var.

"REAL"

Dünyadakı ən yaxşı komanda. Biz onlara qarşı hər zaman ən yaxşı oyunlarımızı sərgiləyirik.

KRİŞTİANU RONALDO

Onunla tanış deyiləm. Amma Ronaldo dünyadakı ən yaxşı oyunçulardan biridir.

KASİLYAS

Dünyadakı ən yaxşı qapıçılardan biri. Bunu deyərkən, onun qazandığı çoxsaylı titulları nəzərdə tuturam. Onun da necə insan olduğunu deyə bilmərəm. Mən yalnız futbolçu Kasilyası tanıyıram.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail