"Dənizlispor" rəsmiləri futbolçu seçmək üçün ölkəmizə gəlir

05.11.2012 | 4936 dəfə oxunub

Həmyerlimiz Rail Məlikovun çıxış etdiyi, "Turan"ın keçmiş baş məşqçisi Səlahəttin Dərvəndin çalışdırdığı Türkiyənin "Dənizlispor" klubunun rəsmiləri ölkəmizə gələcək. Stadium.az xəbər verir ki, Dənizli təmsilçisinin rəsmilərinin ölkəmizə gəlişində əsas məqsəd futbolçu seçməkdir.

Bu haqda "Turan"ın sabiq rəsmisi İman Həsənov məlumat verib:

"Rail Məlikovun orada yüksək səviyyədə çıxış etməsi türk yönəticilərin bizim futbolçulara olan marağını artırıb. "Dənizlispor"un baş meneceri Mehmet Ali Keskinel və klubun məşqçilərindən biri noyabrın 22-24-ü aralığında Azərbaycana gələcəklər. "Dənizlispor"un maraq dairəsində olan konkret futbolçular var. Ad çəkmək istəmirəm, ancaq həmin futbolçuların "İnter", "Neftçi" və "Xəzər Lənkəran"ın şərəfini qoruduğunu qeyd edə bilərəm. Türklərin maralandıqları futbolçular arasında həm yerli, həm də əcnəbilər var".    

Futbol+


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail