"Qəbələ"nin keçmiş baş məşqçisi "Arsenal"ı tənqid etdi

05.11.2012 | 2903 dəfə oxunub

"Qəbələ"nin sabiq çalışdırıcısı Toni Adams futbolçu kimi uzun illər çıxış etdiyi "Arsenal"ın transfer siyasətini sərt tənqid edib. Stadium.az xəbər verir ki, Adams klubun aparıcı üzvlərinin  satılmasına qarşı çıxıb:

"Əgər Venger cari mövsüm bu heyətlə ilk "dördlüy"ə düşə bilsə, bu, əla nəticə hesab olunacaq. "Arsenal" rəhbərliyi başa düşməlidir ki. ən yaxşı futbolçuları heyətdə saxlamaq lazımdır. Amma hər yay "topçular" aparıcı üzvlərini satır. Əgər komanda ciddi hədəflər uğrunda yarışmaq istəyirsə, zəifləmiş heyətlə bunu necə etmək olar? Komandanın heyətində yüksəksəviyyəli futbolçular var. Amma həmin oyunçuları satdıqdan sonra titul uğrunda mübarizə aparıb, hansısa qəniməti qazanmaq qeyri-mümkündür. "Arsenal"ı o qədərə yaxşı futbolçu tərk edib ki... Bu siyahını saymaqla bitməz. Amma mən heç vaxt "Arsenal"la yollarımı ayırmamışam. Teo Uolkott Liqa Kubokunda "Ridinq"lə görüşdə möhtəşəm het-trikə imza atdı. Bildiyimə görə, Uolkott da komandanı tərk edə bilər. Amma onu əldən buraxmaq olmaz. Uolkott çox istedadlı futbolçudur və mütləq komandada qalmalıdır". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail