"Qəbələ"nin 200 qolu - STATİSTİKA

05.11.2012 | 2810 dəfə oxunub

XII tur tarixə “Qəbələ”nin Premyer Liqada yubiley 200-cü qolunu vurması ilə düşüb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, bu qarşılaşmayadək güclülər dəstəsində 183 oyuna 199 qol vuran “Qəbələ” “Neftçi” ilə matçda rəqib qapısından əvvəl 200-cü, sonra 201-ci topu keçirdi. Yubiley qolunun müəllifi isə Lourival Assis oldu.

“Qəbələ”nin bütün yubiley qolları
1-ci qol - 2006/07 mövsümü
Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1
50-ci qol - 2007/08 mövsümü
Əli İsmayılov - 18.05.2008. Qəbələ - Masallı - 1:1
100-cü qol - 2009/10 mövsümü
Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0
150-ci qol - 2011/12 mövsümü
Viktor Mendi - 11.09.2011. Qəbələ - Turan (Tovuz) - 2:1
200-cü qol - 2012/13 mövsümü
Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1

Premyer Liqada 7-ci mövsümünü keçirən “Qəbələ” qollarından 109-nu öz meydanında, 92-ni səfərdə vurub. Komandanın mövsüm üçün rekordu isə  ötən mövsüm olub - 43 qol.

“Qəbələ”nin qolları mövsümlər üzrə
2006/07 – 17
2007/08 – 33
2008/09 – 28
2009/10 – 36 (təsnifatda 24+ “altılıq”da 12)
2010/11 – 31 (təsnifatda 19+ “altılıq”da 12)
2011/12 – 43 (təsnifatda 27+ “altılıq”da 16)
2012/13 – 13 (təsnifatda 13)

“Qəbələ”nin Premyer Liqada vurduğu 201 qola komandanın 54 üzvü imza atıb. Onların vurduğu 199 topla yanaşı daha 2 dəfə rəqib oyunçuları avtoqola üzülüblər. “Qəbələ”nin Premyer Liqada ən yaxşı bombardiri Deon Bartondur. “Neftçi” ilə oyunda 2-ci qolun müəllifi olan Luiz Paulo Hilario isə bombardirlər siyahısında 2-ci yerə şərik olub.  Ən yaxşı 10 bombardir siyahısında isə 11 futbolçu var. Çünki 4 futbolçu eyni sayda qol vurub.

“Qəbələ”nin Premyer Liqadakı bombardirləri
1. Deon Barton - 15
2-4. Luiz Paulo Hilario - 11
Kənan Kərimov - 11
Vitali Balamestnı - 11
5. Yannik Kamanan - 10
6. Viktor Mendi - 9
7. Farzad Hatəmi - 8
8-11. Samir Zərgərov - 7
Kristian Torres - 7
Turnike Aptsiauri - 7
Tomaş Stolpa - 7

“Qəbələ” Premyer Liqadakı qollarından çoxunu Ramiz Məmmədovun baş məşqçiliyi dövründə vurub – 115. Toni Adams 43, Fatih Kavlak 38 dəfə komandanın qoluna sevinib. Faiq Cabbarov isə cəmi 5 dəfə belə hadisəyə sevinib.

Premyer Liqada 21 komanda ilə qarşılaşan “Qəbələ” bütün rəqiblərinin qapısından qol keçirə bilib. Daha çox qol vurulan 3 rəqibin hərəsinə 17 top  vurulub. “Neftçi” ilə matçda daha 1 qol vurulacağı halda bakılılar da həmin 3-lüyə qoşulacaqdı.
“Qəbələ” qollarını kimə vurub?
Simurq (Zaqatala), Muğan (Salyan), Qarabağ (Ağdam) – hərəsinə 17
Neftçi (Bakı) - 16
Turan (Tovuz) - 15
Karvan (Yevlax), Xəzər Lənkəran – hərəsinə 13
İnter (Bakı), Bakı - hərəsinə 12
Gənclərbirliyi (Sumqayıt) - 11
MOİK (Bakı), Sumqayıt, AZAL (Bakı) - hərəsinə 9
Standard (Sumqayıt) - 8
Rəvan (Bakı) - 7
Kəpəz (Gəncə) - 5
Bakılı, ABN-Bərdə - hərəsinə 4
Şahdağ (Qusar), Masallı, MKT-Araz (İmişli) - hərəsinə 1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail