"Neftçi"nin oyununda "Rubin" və qonaqlar üçün uğursuz hakim

05.11.2012 | 4927 dəfə oxunub

Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək "Neftçi" - "Rubin" oyununu portuqaliyalı hakim Manuel Jorge Neves Moreira Sousanın idarə edəcəyini xəbər vermişdik. İndi isə portuqaliyalı referini yaxından tanıyaq.

Stadium.az xəbər verir ki, Manuel Jorge Neves 1975-ci ildə iyunun 18-də Portuda anadan olub.  2006-cı ildən FİFA referisi statusuna yiyələnib. Portuqal və ingilis dillərini bilir. 2009-cu ildə Portuqaliya Superkuboku uğrunda matçı idarə edib.

Bugünədək 32 beynəlxalq matçda ədaləti qoruyub. Karyerası ərzində Avroliqa, Çempionlar Liqası, UEFA və İntertoto kubokunun, millilər səviyyəsində isə dünya və Avropa çempionatlarının seçmə mərhələ oyunlarına təyinat alıb. Karyerası ərzində bir çox mühüm oyunları idarə etməsinə baxmayaraq, portuqaliyalı hakimin yolu heç vaxt Azərbaycan millisi və klubları kəsişməyib. Lakin eyni sözü ruslar haqda demək olmaz. Manuel Jorge Neves 3 dəfə rusların oyununa təyinat alıb. Onu ruslar üçün uğurlu, lakin "Rubin" üçün uğursuz hakim adlandırmaq olar. Çünki ötən il "Rubin" məhz portuqaliyalı referinin idarə etdiyi görüşdə Avroliqanın qrup mərhələsinin üçüncü turu çərçivəsində səfərdə "Tottenhem"ə uduzub - 0:1. 2011-ci il oktyabrın 20-də baş tutan həmin matçda Manuel Jorge Neves London klubunun futbolçularını cəzalandırmadığı halda, "Rubin"in 3 futbolçusuna sarı vərəqə göstərib. Onun idarə etdiyi matçlarda 2 il əvvəl Avroliqanın qrup mərhələsi çərçivəsində Moskva ÇSKA-sı "Palermo"nu 3:1, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində isə Rusiya millisi səfərdə Uelsi 3:1 məğlub edib.

"Neftçi" - "Rubin" görüşü Manuel Jorge Nevesin cari mövsüm Avroliqada idarə edəcəyi sayca dördüncü görüş olacaq. Buna qədər o üçüncü təsnifat mərhələsində "Herenven" - "Rapid" (4:0) play-off-da "İnter" - "Vasluy" (2:2) və qrup mərhələsində "Sparta" - "Atletik" (3:1) oyunlarına fit çalıb.

O da maraqlıdır ki, son 2 ildə portuqaliyalı hakimin idarə etdiyi avrokubok oyunlarında yalnız Madrid "Real"ı səfərdə qələbə qazanıb. Qalan görüşlərdə ya meydan sahibləri qalib gəlib, ya da heç-heçə olub.

Xatırladaq ki. "Neftçi" - "Rubin" oyunu noyabrən 8-də keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail