AFFA-dan "cəza yağışı"

06.11.2012 | 3838 dəfə oxunub

Bu gün AFFA İntizam komitəsinin  növbəti iclası keçirilib. Stadium.az AFFA-nın rəsmi internet sayutına istinadən xəbər verir ki. toplantıda aşağıdakı qərarlar qəbul edilib: 

2 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun “Qəbələ” – “Neftçi” matçının 61-ci dəqiqəsində “Qəbələ” klubunun 39 №-li futbolçusu Sadiq Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
3 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun “Xəzər Lənkəran” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 76-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 11 №-li futbolçusu Anar Babazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur  (maddə 48).
Oyundan əvvəl keçirilən iclasda “Rəvan” klubunun nümayəndəsi iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur (maddə 65).
3 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun “Sumqayıt” – “İnter” matçının 44-cü dəqiqəsində “Sumqayıt” klubunun 44 №-li futbolçusu Evgeni Jukov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
3 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VIII turunun “Şuşa” – “Lokomotiv” matçında “Lokomotiv” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 64-cü dəqiqəsində “Şuşa” klubunun 4 №-li futbolçusu Fərid Quliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 85-ci dəqiqəsində “Şuşa” klubunun baş məşqçisi Nadir Qasımov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
3 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VIII turunun “Neftçala” – “Qala” matçının 73-cü dəqiqəsində “Qala” klubunun 12 №-li futbolçusu Fərid Haqverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 79-cu dəqiqəsində “Qala” klubunun 11 №-li futbolçusu Samir Mustafayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
4 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VIII turunun “Göyəzən” – “Energetik” matçının 89-cu dəqiqəsində “Energetik” klubunun 10 №-li futbolçusu Orxan Əlibalayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
3 noyabr 2012-ci il Futzal üzrə Azərbaycan çempionatının “Ekol” – PSL matçının 15-ci dəqiqəsində “Ekol” klubunun 13 №-li futbolçusu Elnur Qəmbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 32-ci dəqiqəsində PSL klubunun 10 №-li futbolçusu Orxan Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
4 noyabr 2012-ci il Futzal üzrə Azərbaycan birinciliyinin “Baku Fire” – “Neftçi”İSM matçının 12-ci dəqiqəsində “Neftçi”SİM klubunun 10 №-li futbolçusu İsa Atayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
“Baku Fire” klubunun 1 №-li futbolçusu Bəhruz Zeynalov hakimə qarşı fiziki təsir göstərdiyi üçün 10 oyunluq cəzalanır (maddə 38.6).
3 noyabr 2012-ci il Futzal üzrə Azərbaycan birinciliyinin “Turan” – “Disput” matçının 40-cı dəqiqəsində “Disput” klubunun 18 №-li futbolçusu Ceyhun İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
4 noyabr 2012-ci il Futzal üzrə Azərbaycan birinciliyinin “Kinq” – “Veqa” matçının 37-ci dəqiqəsində “Kinq” klubunun 20 №-li futbolçusu Rəşad Atakişiyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
4 noyabr 2012-ci il Futzal üzrə Azərbaycan birinciliyinin “İnci” – “Şuşa” matçının 7-ci dəqiqəsində “Şuşa” klubunun 89 №-li futbolçusu Tofiq Aslanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
4 noyabr 2012-ci il Həvəskarlar arasında Ölkə birinciliyinin “Adıgün” – “Qaraçala” matçının 52-ci dəqiqəsində “Adıgün” klubunun 5 №-li futbolçusu Bəxtiyar Bayraqdarov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
Oyunun 82-ci dəqiqəsində “Qaraçala” klubunun 11 №-li futbolçusu Xətai Bağırov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
29 oktyabr 2012-ci il "Azercell U-17 Liqa"nın “Simurq” – “Sumqayıt” matçının 53-cü dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu İbrahim Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
29 oktyabr 2012-ci il "Azercell U-17 Liqa"nın “Kəpəz” – “Gənclik” matçının 24-cü dəqiqəsində “Gənclik” klubunun 15 №-li futbolçusu Fərid Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
1 noyabr 2012-ci il U-16 Liqasının AZAL – “İnter” matçının 51-ci dəqiqəsində AZAL klubunun 5 №-li futbolçusu Anar İsmayıllı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
1 noyabr 2012-ci il U-16 Liqasının “Rəvan” – “Xəzər Lənkəran” matçının 64-cü dəqiqəsində “Rəvan” klubunun 18 №-li futbolçusu Amin Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
30 oktyabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın “Qarabağ” – “Əlincə” matçının 57-ci dəqiqəsində “Əlincə” klubunun 5 №-li futbolçusu Fəxrəddin Əsgərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
4 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Göygöl) – UGİM (Goranboy) matçının 17-ci dəqiqəsində UGİM (Goranboy) klubunun 10 №-li futbolçusu Vüqar Quliyevlə UGİM (Göygöl) klubunun 10 №-li futbolçusu Seymur Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
4 noyabr 2012-ci il U-14 Liqasının ROİL – “Bakı 008” matçında “Bakı 008” klubu iştirak etmədiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Ağdaş) – UGİM (Oğuz) matçında UGİM (Ağdaş) klubu iştirak etmədiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 noyabr 2012-ci il U-14 Liqasının “Vətən” – “Lokomotiv” matçının 16-cı dəqiqəsində “Lokomotiv” klubunun 5 №-li futbolçusu Vüsal Həmidov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.3).
4 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Beyləqan) – “MKT Araz” matçının 31-ci dəqiqəsində UGİM klubunun 2 №-li futbolçusu Zaur Quliyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.3).
3 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Ağsu) – UGİM (Göyçay) matçının 32-ci dəqiqəsində UGİM (Ağsu) klubunun 8 №-li futbolçusu Bahadur Azadov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
28 oktyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın UGİM (Şəki) – UGİM (İsmayıllı) matçında UGİM (İsmayıllı) klubu iştirak etmədiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
3 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın “Xızı” – UGİM (Quba) matçında UGİM (Quba) klubu iştirak etmədiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 oktyabr 2012-ci il U-11 Liqasının UGİM (Şəki) – UGİM (Oğuz) matçında UGİM (Oğuz) klubu iştirak etmədiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 noyabr 2012-ci il U-11 Liqasının UGİM-1 (Sumqayıt) – “Məktəbli” matçında “Məktəbli” klubu iştirak etmədiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 noyabr 2012-ci il U-11 Liqasının RİOEUGİM – UGİM (Tovuz) matçının 29-cu dəqiqəsində UGİM (Tovuz) klubunun 14 №-li futbolçusu Savalan Şirinli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
4 noyabr 2012-ci il U-11 Liqasının “Sumqayıtspor” – “Təhsil” matçının 27-ci dəqiqəsində “Təhsil” klubunun 3 №-li futbolçusu Fərid Bünyadov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail