"Xəzər Lənkəran"dan yubiley darmadağını

07.11.2012 | 3082 dəfə oxunub

Topaz Premyer Liqasının XII turunda “Rəvan”ı 4:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” mövsümdə 2-ci dəfə böyük hesablı qələbə qazandı. Stadium.az klubun rəsmi internet saytılna istinadən xəbər verir ki, II turun “Kəpəz”lə avqustun 10-dakı qarşılaşmada da qonaqları 4 cavabsız qolla keçən komanda 86 gündən sonra eyni uğuru təkrarladı.
 
Bu dəfəki darmadağın komandanın tarixində yubiley - 50-ci belə qələbədir. “Xəzər Lənkəran”ın tarixində ölkə çempionatında 38 böyük hesablı qələbə var. Premyer Liqada çıxış etdiyi 9 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub: 2004/05 – 8, 2005/06 – 1, 2006/07 – 6, 2007/08 – 5, 2008/09 – 5, 2009/10 – 4, 2010/11 – 2, 2011/12 – 5, 2012/13 – 2.
 
Azərbaycan kubokunda isə 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb. Əvəzində bu yarışda da 11 darmadağın qeydə alınıb: 2005/06 – 2, 2006/07 – 3, 2007/08 – 3, 2008/09 – 2, 2011/12 – 1.
 
Komandanın daha bir darmadağını 2008-ci ildə keçirilən “Birlik kuboku”nda - Litva çempionu “Kaunas”la matçda qeydə alınıb – 3:0.
 
İndiyədək 26 rəqibini böyük hesabla məğlub edən “Xəzər Lənkəran” tarixində ilk dəfə “Rəvan” üzərində belə qalibiyyət əldə etdi. Darmadağın edilən 27-ci rəqiblə əvvəlki 3 matç heç-heçə başa çatmışdı: “Gənclərbirliyi” – 6, “Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” , “Qarabağ” – hərəsi 3, AZAL, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” , “Kəpəz” – hərəsi 2, ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard”, “Sumqayıt”, “Kaunas” (Litva), “Rəvan” – hərəsi 1.
 
“Xəzər Lənkəran”ı baş məşqçi əvəzi kimi meydana çıxaran Emin Quliyev komandanın “sükanı arxasında” darmadağına sevinən 9-cu çalışdırıcı oldu: Ağasəlim Mircavadov - 22 (çempionatda 16 + kubokda 5 + “Birlik kuboku”nda 1), Rasim Kara – 12 (10+2), Mirça Rednik – 4 (3+1), İqor Ponomaryov, Cüneyt Biçer – hər ikisi 3 (3+0), Yunis Hüseynov – 2 (2-0), Nzim Süleymanov – 2 (0+2), Viktor Pasulko, Emin Quliyev – hər ikisi 1 (1+0).
 
Ümumilikdə isə tarixində 50 böyük hesablı qələbəsi olan komanda 27 dəfə elə 3 top fərqi ilə qalib gəlib. 23 dəfə isə fərq 4 və ya daha çox olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail