"Neftçi" - "Rubin": prevyu

07.11.2012 | 4845 dəfə oxunub

Sabah Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində "Neftçi" öz meydanında "Rubin"i qəbul edəcək. Stadium.az xəbər verir ki, sözügedən oyunöncəsi UEFA rəsmi internet saytı matçla bağlı material hazırlayıb. Həmin yazını təqdim edirik:

"Rubin" Avroliqanın 1/16 final mərhələsinin 1 addımlığındadır. "Neftçi"yə qarşı baş tutacaq növbəti matçda Kazan təmsilçisi nəinki  turnirdəki tapşırığının öhdəsindən gələ, həmçinin səfər oyunları ilə bağlı statistikasını da yaxşılaşdıra bilər.

* Qrup mərhələsinin üçüncü turunda "Rubin" Alan Kasayevin yeganə qolu sayəsində "Neftçi"ni məğlub edib.

* 7 xal toplamaqla ruslar "İnter"lə birgə "H" qrupunda liderlik edirlər. Play-offa yüksəlmək üçün "Rubin" "Neftçi"ni məğlub etməli, eləcə də paralel keçən görüşdə "Partizan"ın 3 xal qazanmamasına ümid etməlidilər.

ƏVVƏLKİ OYUNLAR

* Üçüncü turdakı oyunda "Rubin" avrokuboklarda ilk dəfə Azərbaycan klubu ilə qarşılaşdı.

* "Neftçi" isə ruslarla əvvəl də qarşılaşıb. Bu 2004/05 mövsümündə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində baş verib. Həmin vaxt bakılılar Moskva ÇSKA-sını sınağa çəkmişdi. Azərbaycanın paytaxtında qolsuz heç-heçə qeydə alınsa da, Moskvada "hərbçilər" 2:0 hesablı qələbə qazandı.

* SSSR dövründə "Rubin" və "Neftçi" bir neçə dəfə qarşı-qarşıya gəliblər. Lakin həmin oyunlardan heç biri yüksək dəstədə baş tutmayıb. Çünki 28 dəfə elitada yarışan "Neftçi"dən fərqli olaraq, "Rubin" heç vaxt güclülər arasına yüksələ bilməyib.

* 1975 və 1976-cı illərdə "Neftçi" və "Rubin" 4 dəfə aşağı liqada görüşüblər. Bakı klubu 3 dəfə qələbə qazanıb, 1 dəfə isə heç-heçə qeydə alınıb. Bakıda "Neftçi" "Rubin"i 5:2 (13 iyun, 1975-ci il) və 4:2 (8 sentyabr, 1976-cı il) hesabı ilə üstələyib. Kazanda isə 1 oyun 1:1 hesabı ilə bitin (5 may, 1975-ci il) və bir görüşdə də "Neftçi" 2:1 hesabı ilə qalib gəlib (24 may, 1976-cı il).

* SSSR dağıldıqdan sonra "Neftçi" "Birlik Kuboku"nda Rusiya klublarına qarşı 4 dəfə mübarizə aparıb. Hər dəfə meydandan məğlub ayrılmasına baxmayaraq, bakılılar oyundan oyuna "artırıblar". Hər şey Moskva "Spartak"ının 8 cavabsız qolundan sonra başlayıb, 1993-cü ildə. Həmin komanda ilə "Neftçi" 1995 (0:5) və 1997-ci (2:4) illərdə də qarşılaşıb. 2005-ci ildə "Neftçi" finalda digər Moskva təmsilçisi "Lokomotiv"ə uduzub - 1:2.

QARŞIDURMANIN TARİXİ

* "Neftçi" avrokuboklardakı son 5 oyundan yalnız 1-də qalib gəlib. Çempionlar Liqasının ikinci təısnifat mərhələsində Gürcüstan çempionu "Zestafoni" Bakıdan məğlub ayrılıb - 0:3.

* "Rubin" avrokuboklarda son 14 səfər matçından yalnız 2-də qalib gəlib. 7 oyunda uduzan Kazan təmsilçisi 5 dəfə də meydandan heç-heçə ilə ayrılıb.  

KOMANDALAR HAQDA FAKTLAR

* "Rubin" Bakıda iki qol vursa, o zaman avrokuboklarda vurduğu qolların sayını 50-əı çatdıracaq. Qarşıdakı matç kazanlılar üçün "köhnə qitə"də 44-cü matç olacaq.

* "Neftçi"nin özbək hücumçusu Bahadır Nasimov 2011-ci ildə komandaya məhz "Rubin"dən transfer olunub. Buna qədər isə o Bakıda icarə əsasında çıxış edib. Təcrübəli hücumçu "Rubin"ə 2010-cu ildə Səmərqənd "Dinamo"sundan gəlib. Rusiya çempionatında o yalnız iki matçda forma geyib.

* Rusiya Premyer Liqasında eləcə də bakılıların makedoniyalı müdafiəçisi İqor Mitreski (Moskva "Spartak"ı) və Mahir Şükürov ("Anji") çıxış edib.

* "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev əvvəllər "Araz"da çıxış edib. Orada həmçinin baş məşqçi qismində də çalışıb. Sonralar Hacıyev bir neçə il İranda fəaliyyət göstərib. 2005-ci ildə isə Azərbaycan milli komandasında Vaqif Sadıqova yardım edib. 2005/06-c mövsümündə "Bakı"nın baş məşqçisi təyin olunaraq komandaya çempionluq qazandırıb. 2011-ci ildə "Neftçi"nin sükanı arxasına keçən Hacıyev ötən mövsüm də qızıl medallara yiyələnib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail