Mövsümdə 3-cü dubl

08.11.2012 | 3608 dəfə oxunub

Dimitrios Sialmas “Xəzər Lənkəran”ın heyətində növbəti dubluna imza atıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XII turunda “Rəvan”ın qapısına 2 qol vuran yunan futbolçu bundan əvvəlki ev oyununda da eyni uğura imza atıb. Cəmi 8 gün əvvəl Lənkəran şəhər stadionunu 2 qolla ayağa qaldıran Sialmas ardıcıl 2-ci dəfə qonaqlara qənim kəsildi. Dimitrios mövsümdə özünün 2-ci, komandasının 3-cü dubluna imza atdı. Belə ki, ondan başqa Adrian Skarlatake də 2012/13 mövsümündə dubl gerçəkləşdirib.
 
“Xəzər Lənkəran”ın 8 illik tarixində 64-cü dublun müəllifi olan Sialmas 15-ci futbolçudur ki, bunu ən azı 2 dəfə bacarıb. Belə ki, dubl edən 34 oyunçudan 19-u cəmi 1 dəfə buna nail olub. Bu 64 dubldan 43-ü Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb: Zaur Ramazanov – 8 (2-si kubokda), Vüqar Nadirov – 5 (4-ü kubokda), Samir Əliyev – 4 (1-i kubokda), Allan Lalin, Edmand Ntiamoa – hər ikisi 3, İvan Svetkov – 3 (1-i kubokda), Rahid Əmirquliyev – 3 (1-i Birlik kubokunda), Emin Quliyev, Oqtay Dərəlioğlu, Romulo Silvano, Dmitrios Sialmas – hamısı 2, Ceyhun Sultanov, Rəşad Abdullayev – hər ikisi 2(1-i kubokda), Klaudianu Radukanu - 2 (2-si kubokda), Mario Souza – 2 (1-i Birlik kubokunda), Alim Qurbanov, Bəxtiyar Musayev, Branimir Subaşiç, Elvin Beqiri, Eder Bonfim, Emeka Opara, Əhməd Dursun, Xaqani Məmmədov, Paşa Əliyev, Uinston Parks, Yakuba Bamba, Adrian Skarlatake – hamısı 1, İlqar Qurbanov, Junior Osvaldo, Katalin Doman, Mahmud Qurbanov, Marinko Petkoviç, Robert İlyeş – hamısı 1 (1-i kubokda), Nadir Nəbiyev – 1 (1-i Birlik kubokunda).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail