I divizionun qalibləri mükafatlandırıldı

08.11.2012 | 5301 dəfə oxunub

Bu gün keçirilən mərasimlə futbol üzrə Azərbaycan I divizionunun 2011/2012-ci il mövsümünün qalibləri mükafatlandırılmışdır. Stadium.az xəbər verir ki, bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirmişdir: “Qalibləri təbrik edirəm, bu mövsümdə də komandalara uğurlar arzulayıram. “Qaradağ Lökbatan” və “Neftçala” ötən mövsüm Premyer Liqada iştirak etmək üçün vəsiqə qazandılar. Lakin lisenziyalaşma qaydalarını yerinə yetirmədiklərindən Premyer Liqada iştirak edə bilmədilər. Bundan öncəki mövsüm “Abşeron” klubu qalib olsa da komanda Premyer Liqada iştirak etmədi. Premyer Liqaya vəsiqə qazanan I divizion komandaları üçün müəyyən etdiyimiz pul mükafatı yalnız klubların Premyer Liqada iştirak etməsi halında nəzərdə tutulub. Ona görə də klub rəhbərlərini daha diqqətli olmağa, lazımi lisenziya qaydalarını keçməyə çağırıram. Bu gənc futbolçular hal-hazırda Premyer Liqada oynamalı idilər. Futbolumuzda inkişafdan danışırıqsa, 20 il bu inkişafa qiymət vermək üçün qısa bir zamandır. Bu gün həm də futbol bayramıdır. “Neftçi” klubu Avropa Liqasında növbəti oyununa çıxır. İnanıram ki, “Neftçi” “Rubin” komandasına qalib gələrək hamımızı sevindirəcək. Hər bir komandaya uğurlar arzulayıram”.

Daha sonra futbol üzrə Azərbaycan I divizionunun 2011/2012-ci il mövsümündə ikinci yeri tutmuş “Neftçala” və birinci yeri tutmuş “Qaradağ Lökbatan” klubuna müvafiq olaraq gümüş və qızıl medallar təqdim olundu.

Medalların təqdimatından sonra isə futbol üzrə Azərbaycan I divizionunun bombardirləri olmuş “Neftçala” klubunun futbolçusu Aqşin Həşimova və “Şahdağ”ın futbolçusu Zahid Tayibova mükafat təqdim olunmuşdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail