"Mini Kickers" III ilində

12.11.2012 | 3944 dəfə oxunub

“Qəbələ” Futbol Klubu Futbolun Kütləviləşdirilməsi Departamenti (FKD) üçüncü ildir ki, rayon ərazisindəki məktəblərdə azyaşlı uşaqlar üçün futbol məşqləri təşkil edir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, departament 5-10 yas arası uşaqlara müxtəlif səviyyəli futbol dərsləri keçməklə onlarda futbol bacarıqlarını inkişaf etdirir. “Mini Kickers” adlanan bu proqram eyni zamanda bacarıqlı uşaqları secərək, onların məşqlərin səviyyəcə növbəti mərhələsinə kecməsinə yardim edir.

“Qəbələ” FK FKD-nin rəhbəri Co Doyl: “Mini Kickers” proqramı planauyğun şəkildə davam edir. Bu proqrama qatılanların sayı ildən-ilə artır. Proqramın məqsədi azyaşlılardan ibarət 3 və ya 4 komandaya meydançada tam sərbəst futbol oynamaq imkanı verməkdir. Bu yolla azyaşlı qəbələli uşaqlar rayonda futbol sahəsində ümumi inkişaf proqramının bir hissəsinə çevrilirlər. “Mini Kickers” proqramının təlimləri həm də Qəbələ Futbol Akademiyasının məşqçilər heyətinin tərəfindən izlənilir ki, bu da gələcəkdə proqram iştirakçılarının akademiyaya yolunu açır”. 

Co Doyl bu ay start veriləcək “III Coca-Cola Məktəbli kuboku” turnirinə də hazırlaşdıqlarını deyib: 
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Qəbələ” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək “III Coca-Cola Məktəbli kuboku” turnirinə də böyuk həvəslə hazırlaşırıq. Turnirə noyabr ayının ortalarında start verilməsi nəzərdə tutulub. Yeri gəlmişkən qeyd edim ki, hansı məktəb və ya idman muəllimi yetirmələrinin bu turnirdə iştirak etməsini istəyirsə, mümkün qədər tez bir zamanda FKD ilə əlaqə saxlaya bilər. 
Keçən il Qəbələni təmsil edən komanda Azərbaycanda ən yaxşı 6 komandadan biri oldu. Bu, akademiya səviyyəli məşqlər keçməyən qurum üçün böyuk nailliyyətdir. Ancaq biz bu il daha böyük uğur əldə etməyi qarşıya məqsəd qoymuşuq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail