Mahmud Qurbanov: “Məni komandamın sərgilədiyi oyun maraqlandırır”

14.11.2012 | 2641 dəfə oxunub


"Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov "Simurq”la keçirdikləri oyun haqda danışıb. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytına danışan gənc mütəxəssis bunları deyib:

“Milli komandanın oyunu ilə əlaqədar çempionatda uzun fasilə yaranıb. Biz isə qarşıda “Qəbələ” ilə çətin oyun keçirəcəyik. Ona görə hazırlıq planına əsasən yoxlama oyunu keçirməyi məqsədə uyğun hesab elədik. “Simurq”la matçda futbolçuları fərqli mövqelərdə yoxladıq. 60 dəqiqə əsas heyətə şans verdik. Sonra gəncləri sınaqdan keçirdik. Belə görüşlərdə nəticə önəmli olmasa da, məni əsas komandamın sərgilədiyi oyun maraqlandırır. Məncə, bu matçın bizə xeyri oldu. Çalışacağıq ki, indi etdiyimiz səhvləri “Qəbələ” ilə görüşdə buraxmayaq.”





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail