"Qəbələ" - "Kəpəz": VIII duelə doğru

14.11.2012 | 4446 dəfə oxunub

Azərbaycan milli komandasının oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən sonra “Qəbələ” ilk oyununu noyabrın 19-da keçirəcək. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komandanın rəqibi Gəncənin “Kəpəz” klubu olacaq. Rəqibin ölkənin ən zəngin tarixə malik klublarından biri olmasına baxmayaraq, komandalar cəmi 7 dəfə görüşüb.

Bu da qərblilərin müəyyən müddətə fəaliyyətini dayandırması ilə bağlıdır. Bu üzdən “Qəbələ” ilə Gəncə təmsilçisi arasında ilk oyun 2 il əvvəl oktyabrın 31-də baş tutub. Həmin vaxt “Gəncə” adlanan klubla 2 dəfə təsnifat mərhələsində görüşən “Qəbələ” qolsuz heç-heçələrlə kifayətlənmişdi. Bu komandalar həmin – 2010/11 mövsümündə 7-12-ci yerlər uğrunda final mərhələsində də üz-üzə gəldi. Lakin yenə hər 2 matç heç-heçə bitdi. Yeganə fərq ondan ibarət oldu ki, Qəbələdə komandalar 1 xalı 1 qolla qazandılar.

Ötən mövsüm isə komandaların hərəsi öz meydanında qalib gəlməyi bacardı. “Qəbələ” doğma divarlar arasında  2 cavabsız qol vurmağın öhdəsindən gəlsə də, gəncəlilər evdə minimal fərqə sevindi. Baxmayaraq ki, “Qəbələ” uduzduğu səfər matçında da 2 qol vurdu. Gəncə təmsilçisi cari mövsüm də ev oyununda minimal fərqli qələbəyə sevindi.

Bununla da ölkə kubokunda heç vaxt görüşməyən komandaların çempionatdakı 7 görüşündə top fərqi tarazlaşdı – 5:5. Düzdür, qələbə sayında “Kəpəz” öndədir. Lakin qonaqların heç vaxt qalib gəlmədiyi duellərdə 2-ci qələbəni qazanıb tarazlığa nail olmaq növbəsi “Qəbələ”nin tərəfindədir. Son 3 qarşılaşmada meydan sahiblərinin qalib gəlmək ənənəsinin davamı bunun üçün yetərlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail