"Xəzər Lənkəran": "Bakı" ilə 30-cu oyun

16.11.2012 | 2893 dəfə oxunub

Topaz Premyer Liqasında yaranmış qısa fasilə həftəsonu başa çatacaq. XIII turun oyununa bazar günü çıxacaq “Xəzər Lənkəran” bu dəfə “Bakı” ilə görüşəcək. Stadium.az Lənkəran klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, noyabrın 18-dakı matç komandaların cari mövsümdəki ilk dueli olacaq.
 
Bu da rəqiblərin I dövrədəki oyununun təxirə salınması ilə bağlıdır. Məhz bu üzdən komandalar cəmi 19 gün ərzində 2 çempionat matçında üz-üzə gələcək.
 
Ümumilikdə isə “Bakı” “Xəzər Lənkəran” üçün ən tanış komandalardan biridir. Belə ki, indiyədək rəqiblər artıq 29 dəfə üz-üzə gəliblər. Cəmi 8 ildir davam edən rəqabətdə yubiley - 30-cu duel paytaxtda baş tutacaq. Yeri gəlmişkən qeyd edək ki, yalnız “İnter” daha çox - 31 matçda "Xəzər Lənkəran"ın qarşısına çıxıb.
 
Paytaxtın eynadlı komandası daha 2 məqamla da “Xəzər Lənkəran”ın tarixinə düşüb. Belə ki, komanda tarixinin Bakıda keçirdiyi ilk rəsmi matçını bu rəqibə qarşı keçirib. Həmin görüş komandanın tarixində ilk məğlubiyyətlə əlamətdar olub.
 
Sonrakı qarşılaşmalarda üstünlük gah bu, gah digər tərəfə keçib. Hər komanda bir müddət üstünlüyə malik olub ardıcıl uğurlu oyunlar keçirib. Elə bunun nəticəsidir ki, çempionatda baş tutan 22 qarşılaşmada bərabərlik hökm sürür: hərəyə 6 qələbə və 10 heç-heçə. Bu bərabərlik top fərqində müşahidə olunmur. Belə ki, "Xəzər Lənkəran" 23:18 hesabı ilə öndədir.
 
“Xəzər Lənkəran” daha 7 dəfə kubokda “Bakı” ilə üz-üzə gəlib. Bu 7 matç 4 duel çərçivəsində olub. 2 dəfə mərhələni adlayan lənkəranlılar olubsa, biri finalda olmaqla digər 2 duel paytaxt təmsilçisinin sevinməsi ilə başa çatıb. “Bakı” 4 kubok duelinin hərəsində 1 oyunda qalib gəlib, “Xəzər Lənkəran” isə mərhələ keçdiyi 2 halda rəqibini məğlub edib. Daha 1 görüş heç-heçə bitib. Top fərqində bakılılar öndədir – 8:7.
 
30-cu - yubiley oyunu ərəfəsində “Bakı”nın ümumilikdə 10, “Xəzər Lənkəran”ın 8 qələbəsi var. Daha 11 qarşılaşma bərabərliklə bitib. Ümumi top fərqində isə 30 qol vuran cənublular 26 dəfə qapısında qol görüb.
 
Maraqlıdır ki, bu komandaların oyunlarında meydan amili o qədər də böyük əhəmiyyət kəsb etmir. Bu qarşılaşmalarda meydan sahibləri 10, qonaqlar 7 qələbə qazanıb.
 
Evdə cəmi 4 dəfə sevinən “Bakı”nın meydanındakı 14 matçın 8-də heç-heçə qeydə alınıbsa, 2 dəfə qonaqlar qalib gəlib. Özü də “Xəzər Lənkəran” səfərdə 1 dəfə böyük hesabla qalib gəlib. Ümumilikdə isə qeydə alınan 4 belə nəticədən 3-də komandamız qalib gəlib. “Bakı”nın isə cəmi 1 böyükhesablı qələbəsi var. 3 top fərqilə olan bu qələbələrin 4-ü də çempionat çərçivəsində olub.
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev hamıdan çox – 23 dəfə “Bakı”ya qarşı oynayıb. O, həm də rəqib qapısına çox qol vurmaqla da fərqlənib. Belə ki, bakılıların qapısına 30 qolu vuran 19 oyunçu arasında yalnız İvan Svetkov daha məhsuldar olub. Bolqar hücumçu 4, Rahid, həmçinin Mario Souza ilə Uinston Parksın 3 qolu var. İndi də Rahidlə yanaşı komandanın şərəfini qoruyan Branimir Subaşiç isə 2 dəfə paytaxtın eyniadlı təmsilçisini məyus edib.
 
2004/0522.08.2004çempionats0:2
2004/0523.02.2005çempionate2:0
2005/0622.08.2005çempionate0:1
2005/0617.02.2006çempionats1:1
2006/0726.08.2006çempionate1:0
2006/0726.02.2007kuboks2:0
2006/0704.03.2007kuboke0:1
2006/0717.03.2007çempionats0:0
2007/0804.11.2007çempionats2:2
2007/0804.05.2008çempionate0:0
2008/0926.10.2008çempionats0:0
2008/0925.02.2009kuboke0:1
2008/0911.03.2009kuboks2:2
2008/0918.04.2009çempionatе3:0
2009/1025.11.2009çempionate1:1
2009/1029.11.2009çempionats3:0
2009/1011.04.2010çempionats0:1
2009/1015.05.2010çempionate0:1
2009/1023.05.2010kubokn1:2
2010/1102.10.2010çempionate1:1
2010/1127.11.2010çempionats1:1
2010/1102.04.2011çempionats0:0
2010/1127.04.2011kuboke1:0
2010/1104.05.2011kuboks1:2
2010/1113.05.2011çempionate2:0
2011/1221.10.2011çempionats2:2
2011/1221.12.2011çempionate3:0
2011/1219.03.2012çempionate0:1
2011/1214.04.2012çempionats1:4



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail