Azərbaycan millisi FİFA reytinqində 128-ci pilləyə yuvarlanacaq

16.11.2012 | 2774 dəfə oxunub

Azərbaycan milli komandası 2012-ci ili FİFA reytinqində 128-ci pillədə başa vuracaq. Stadium.az xəbər verir ki, bu haqda www.football-rankings.info saytı iddia irəli sürüb. Həmkarlarımızın hesablamalarına əsasən, yeni reytinqdə millimiz 250 xala malik olacaq. Noyabr reytinqində 277 xalla 123-cü olan komandamız 27 xal itirərək, 5 pillə geriləyəcək. Buna Şimali İrlandiyadakı heç-heçə səbəb olacaq. Belə ki, DÇ-2014-ün seçmə mərhələsinin Belfastdakı qarşılaşması 1:1 hesabı ilə başa çatmaqla yığmamızın geriləməsi ilə nəticələnəcək.

Yığmamızla heç-heçə edən britaniyalılar isə 11 pillə irəliləyərək 89-cu pilləyə qalxacaq. DÇ-2014-ün seçmə mərhələsindəki digər rəqiblərimizdən Portuqaliya (1163) 2 pillə geriləyərək 6-cı pilləyə düşəcək, Rusiya isə 1097 xalla 9-cu yerdə qalacaq. 496 xalla 10 pillə irəliləyən İsrail 68-ci, 1 pillə geriləyən Lüksemburq 172 xalla 145-ci olacaq.

Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik gözlənilmir. İspaniya (1606), Almaniya (1437) və Argentina (1271) yenə ön sıralarda olacaq.

Xatırladaq ki, FİFA cari ilin son reytinq cədvəlini dekabrın 19-da açıqlayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail