Karles Martorell Bakes: "Xəzər Lənkəran”ı çempion etmək üçün gəlmişəm"

16.11.2012 | 5079 dəfə oxunub


“Xəzər Lənkəran” rəhbərliyi bu gün yeni baş məşqçisi Karles Martorell Bakesin rəsmi təqdimatını keçirib. Stadium.az xəbər verir ki, mərasimdə yeni çalışdırıcı ilə yanaşı, klubun vitse-prezidenti Tuyqun Nadirov və tərcüməçi Elvar Quliyev iştirak edib. Bakes ilk olaraq təyinatı ilə bağlı fikirlərini açıqlayıb.

- İlk növbədə klubun sahibi Mübariz Mənsimov, prezidenti Mais Mənsimova təşəkkür edirəm ki, mənə burada işləməyə şariat yaratdılar. Namizlədlər arasında məni seçdiklərinə görə onlara bir daha minnətdaram.

- Komandanın Lənkərandakı şəraiti ilə tanış olmusunuz?

- Bəli. Komanda haqda kifayət qədər məlumatım var, hətta bir oyununu izləmişəm. Bu, çoxdan olub.

- Vaxtilə Qəbələyə gələn ispan məşqçilər arasında siz olmusunuz?

- Bəli. Biz ora məşqçilərə seminar keçmək üçün gəlmişdik.

- Köməkçilərinizdə dəyişiklik edəcəksiniz?

- Yox. Ümumiyyətlə, komandada böyük dəyişiklər etmək fikrim yoxdur. Yalnız bəzi transferlər ola bilər. Ancaq indi bu, nəzərdə tutulmayıb.

- “Xəzər Lənkəran”ın çoxdandır çempion, kubok qazana bilmir. Buna nail olacağınıza, avrokuboklar uğur qazanacağınıza söz verirsinizmi?

- Bura “Xəzər Lənkəran”ı çempion etmək üçün gəlmişəm. Bunun üçün əlimizdən gələni edəcəyəm. Hamılıqla birgə bunun üçün çalışacağıq. Çalışacağıq ki, bu xoşagəlməz seriyaya son oyaq.

- Siz indiyə kimi böyük klublarda işləməmisiniz. Bu mənada “Xəzər Lənkəran”da sizə işləmək çətin olmayacaq?

- Mən “Barselona”da çalışmışam. Oranın səviyyəsi, tarixi də hamıya məlumdur. Bu mənada mənə çətin olmayacaq.

- Sözlərinizdən belə çıxır ki, “Barselona”da işləyən bütün məşqçilər nəticə qazanmağa məhkumdur?

- Düzdür, nəzəriyyə başqa, praktika başqadır. Ancaq gələcəkdə nəticə siz görüb, qitmət verə biləcəksiniz.

- Rəhbərlik qarşınızda hansı vəzifə qoymaq nəticə qoyulub?

- “Xəzər Lənkəran”ın bəzi oyunlarını görmüşəm, futbolçuların potensialını bilirəm. Buna əsasən özümə güvənərək, çempion edə biləcəyimi düşünürəm. Rəhbərlik mənə bunu deməsə də, fikrim çempionluğu qazanmaqdır.

- “Xəzər Lənkəran”ın azarkeşləri çılğındırlar və məğlubiyyəti həzm edə bilmirlər...

- Bunu edə bilmirlər, lap yaxıdır. Biz də məğlubiyyəti sevmirik. Onda gəlsin stadiona, komandanın görmək istədikləri oyunu onlara nümayiş etdirəcəyik.

- “Xəzər Lənkəran” “Barselona” kimi oynayacaq?

- Yox. Gəlin, bu 2 komandanın futbolçularını müqayisə etməyək. Baş məşqçi futbolçuların potensialına uyğun oyun sistemi qurur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail