"Şəfa"dakı qəza zamanı xəsarət alanların adları bəlli oldu

17.11.2012 | 4261 dəfə oxunub

Bakıda sərnişin avtobus idarəetməni itirərək "Şəfa" stadionuna girib, bu barədə şənbə günü Trend-ə şahidlər məlumat veriblər. Stadium.az xəbər verir ki, Nizami rayon Polis İdarəsindən Trend-ə məlumatı təsdiqləyiblər və bildiriblər ki, hadisə nəticəsində xəsarət alanlar var. Lakin təfərrüatlar barədə məlumat verilməyib.

Məlumata görə, qəzanı törədən 11 saylı sərnişin avtobusu olub. İlkin ehtimala görə, yol qəzasına yüksək sürət səbəb olub. Avtobus "Şəfa" stadionuna girməzdən öncə stadionun yanındakı işıqforu qırıb və yaxınlıqdakı "Toyoto-Prado" markalı avtomobili əzib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirilib ki, ilkin məlumata görə, qəza zamanı 6 nəfər xəsarət alıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, xəsarət alanlardan biri "Toyoto-Prado" markalı avtomobilin sürücüsü olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları artıq xəsarət alanları xəstəxanalara yerləşdiriblər.

Yol-hərəkəti üzrə inspektor, polis kapitanı Müştəba Həmidovun Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, sərnişin avtobusu idarəetməni itirərək öncə "Qazel" markalı avtomobili vurub. Sonra işıqforu qıraraq "Şəfa" stadionunun qarşısında dayanan "Toyoto-Prado" markalı avtomobili əzərək stadiona girib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, yol qəzası zamanı xəsarət alanların sayı dəqiqləşdirilib. Belə ki, qəza zamanı 8 nəfər xəsarət alıb və onlar 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti qənaətbəxşdir.

Xəstəxanadan Trend-ə bildirilib ki, xəstəxanaya 5 yaralı daxil olub. Xəsarət alanlar 36 yaşlı Azər Qəhrəmanov, 28 yaşlı Orxan Üstəvari, 32 yaşlı Nazilə Mustafayeva, 38 yaşlı Tapdıq Ocaqverdiyev və 32 yaşlı Hicran Ocaqverdiyevadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail