Çixradze əvəzedicilərə ümid edir

18.11.2012 | 3402 dəfə oxunub

Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Simurq" dünən səhər paytaxta təşrif buyurub. Stadium.az Zaqatala klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, günorta saatlarında komanda Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda oyunöncəsi son məşqinə çıxıb. Bir saata yaxın davam edən hazırlıq prosesində qaçış və isinmə hərəkətlərindən sonra topla müxtəlif tapşırıqlar üzərində çalışılıb. Sonda isə ikitərəfli oyunla məşq tamamlanıb və Georgi Çixradzenin yetirmələri istirahətə çəkilərək qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.

Qeyd edək ki, "Qarabağ" - "Simurq" oyunu bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 16:00-da start fiti veriləcək qarşılaşmaya "Simurq" itkilərlə çıxacaq. Belə ki, ötən tur qırmızı vərəqə alan Rasim Ramaldanov, İlkin Qırtımov, Qərib İbrahimov və 4 sarıya görə Aleksandr Şemonayev cəzalı olduqlarından bu cür çətin matçda komandalarına kömək edə bilməyəcək. Baş məşqçi Georgi Çixradze onların yoxluğunda əvəzedici heyətdə forma geyinən Arzuman Nəsibovu, Məhəmməd Alıyevı və Elçin Süleymanovu əsas komandaya dəvət edib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail