Mahmud Qurbanov: "Qəbələyə xal üçün gedirik"

18.11.2012 | 3437 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Gəncə klubunun rəsmi internet saytına “Qəbələ” ilə oyuna hazırlıqla bağlı danışıb. Stadium.az xəbər verir ki, gənc mütəxəssis komandanın məşq prosesi, hədəfi və digər məsələlərlə əlaqədar fikirlərini bölüşüb: “Çempionatda yaranan uzun fasilə səbəbindən hazırlaşmaq üçün vaxtımız daha çox olub. Amma tam tərkibdə məşq edə bilməmişik. Çünki zədəlilərimiz olub. Hazırda bir futbolçudan başqa zədəsi olan digərlərinin vəziyyəti yaxşıdır və onlar ümumi halda məşqlərə qoşulublar. “Qəbələ” ilə çətin oyunun bizi gözlədiyini düşünürəm. Buna baxmayaraq, səfərə xal arxasınca gedirik. İstəyimiz ən azı bir xaldır. İnşallah, buna nail olarıq. Çempionatda istənilən rəqiblə görüşdə qələbə qazanmaq mümkündür. Sadəcə, oynamaq lazımdır. O cümlədən də “Qəbələ” ilə oyunda uğura nail olmaq olar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail