"Neftçi"nin oyununda serblər üçün uğurlu hakim

19.11.2012 | 4629 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Partizan" oyununa təyinatlar reallaşıb. Görüşü Uelsdən olan hakimlər idarə edəcəklər. Matçın baş hakimi Simon Lee Evansdır. Ona Edvard Kinq və Filip Tomas kömək edəcəklər. Qarşıklaşmanın dördüncü hakimi funksiyasını Alun Boore yerən yetirəcək. Əlavə hakimlər isə Mark Steven Vhitby və Brayan Markam-Jonesdir.

Stadium.az xəbər verir ki, matçın baş hakimi olacaq Evans 1975-ci ildə oktyabrın 13-də anadan olub. 2007-ci ilin ilk günündən FİFA hakimi adını daşıyır. 2010-cu ildən isə FİFA-nın 1-ci kateqoriyalı hakimləri sırasına daxildir. Karyerası ərzində heç vaxt təmsilçilərimizlə yolu kəsişməyən uelslini seblər üçün uğurlu hakim saymaq olar. Bu vaxtadək Evans 4 dəfə serblərin oyununu idarə edib.

Avro-2011-in seçmə mərhələsi çərçivəsində Serbiyanın U-21 millisi norveçli həmkarlarını səfərdə 1:0 hesabı, Avro-2009-un seçmə mərhələsi çərçivəsində Serbiyanın U-19 millisi macarıstanlı həmkarlarını 1:0 hesabı ilə, 2007-ci ildə UEFA Kubokunun ilk təsnifat mərhələsində Serbiyanın "Voyvodina" klubu səfərdə Malta təmsilçisi "Hibernians"ı 2:0 hesabı ilə məğlub edib, 2008-ci ildə mayın 24-də isə Serbiya millisi İrlandiya ilə səfərdə 1:1 bərabərə qalıb. Göründüyü kimi, Evansın idarə etdiyi 4 görüşdən 3-də serblər qələbə qazanıb və 1 dəfə heç-heçə ediblər. Özü də bu oyunların hamsını serblər səfərdə keçiriblər.

Evansın sonuncu idarə etdiyi beynəlxalq oyun noyabrın 14-də olub. Uelsli referi Belarusun yoxlama oyunu çərçivəsində İsraili səfərdə 2:1 hesabı ilə məğlub etməsinə şahidlik edib.

"Neftçi" - "Partizan" oyunu Evansın cari mövsümdə Avroliqada idarə edəcəyi dördüncü oyun olacaq. Buna qədər o ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan "Hafnafyordur" (İslandiya) - AİK (İsveç) - 0:1, üçüncü təsnifat mərhələsi çərçivəsində "Servett" (İsveçrə) - ""Rusenborq" (Norveç) - 1:1 və qrup mərhələsində "Atletik" (İspaniya) - "Hapoel" (Kiryat Şimona) - 1:1 görüşlərini idarə edib.

Göründüyü kimi "Neftçi" - "Partizan" matçının hakimi nə serblərin yenilgisinə, nə də cari ildə beynəlxalq görüşdə meydan sahiblərinin qələbəsinə şahidlik edib. "Neftçi" Belqrad təmsilçisini məğlub etməklə hər iki seriyaya son qoymalıdı.

Xatırladaq ki, "Neftçi" - "Partizan" oyunu noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da start götürəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail