Böyükağa Hacıyev: "Hakim səhv edə bilər, amma..." VİDEO

19.11.2012 | 4343 dəfə oxunub

“Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyev “Sumqayıt”la oyundakı qırmızı vərəqə epizodu ilə bağlı klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis meydandan qovulmasına belə aydınlıq gətirib: "Sumqayıt klubu ilə oyunda baş hakim Elvin Əsgərov məni texniki zonadan uzaqlaşdırdı. Buna səbəb Nikolas Kanalesin oyundan kənar vəziyyətdə olması ilə bağlı qərara etiraz etməyim oldu. Halbuki oyunu stadiondan izləyən hər kəs açıq-aşkar gördü ki, Kanales rəqibin son müdafiəçisindən xeyli arxada idi. Matçın videoyazısında baxanda da görünür ki, oyundan kənar vəziyyətdən söhbət gedə bilməz. Doğrudur mübahisəli vəziyyətlərdə hakim səhv edə bilər, amma konkret bu epizodda hər şey oyun qaydaları çərçivəsində idi. Nəticədə təcrübəli köməkçi hakim Elman Musayev, gənc Elvin Əsgərovu çətin vəziyyətdə qoydu. İnsanlar düşünə bilər ki, etiraza ehtiyac yox idi və “Neftçi” artıq hesabda öndə idi. Amma kim zəmanət verir ki, eyni vəziyyət gərgin keçən oyunların son dəqiqələrində baş verməyəcək? Buna görə də hesabdan və qələbə qazanmağımızdan asılı olmayaraq düzgün qərarların verilməsini istəyirik. İnanıram ki, AFFA-nın İntizam Komitəsi vəziyyəti araşdıracaq və ədalətli qərar çıxaracaq”.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail