Vurğun Hüseynov qayıdır

20.11.2012 | 3541 dəfə oxunub

Almaniyada müalicəsini davam etdirən “Qəbələ” nin müdafiəçisi Vurğun Hüseynov zədəsini sağaltmaq üzrədir. Stadium.az xəbər verir ki, bu barədə futbolçu gabalafc.az-a açıqlamasında bildirib. Qasıq nahiyəsindəki ağrılardan əziyyət çəkən 24 yaşlı müdafiəçi müalicə prosesinin istənilən kimi getdiyini, yaxın vaxtlarda zədəsini tam bərpa edərək vətənə dönəcəyini söyləyib: 

“Müalicəm çox yaxşı gedir və tamamlanmaq üzrədir. Müalicə ilə yanaşı gündəlik fiziki məşqlər də keçirəm. Həkimlərin rəyinə görə yaxın günlərdə tam fiziki hazır olacam. Futbol və komandamız üçün darıxmışam. Tezliklə Qəbələyə qayıdıb məşqlərdə iştirak etmək və komandamıza yardımçı olmaq istəyirəm”.

Xatırladaq ki, Vurğun birinci dəfə sentyabrda Almaniyada müayinədən keçmişdi. Həmin vaxt vətənə qayıtdıqdan sonra xüsusi proqram əsasında çalışan Hüseynov oktyabrın sonlarında bərpa-müalicəvi prosesin axırıncı mərhələsini keçmək üçün Almaniyaya üz tutub. O, təcrübəli həkimlərin və məşqçilərin nəzarəti altında hər gün 90 dəqiqə məşq edir. Məşqin 90 dəqiqə təyin olunması xüsusi əhəmiyyət daşıyır ki, bu da oyun müddətinin məhz bu qədər olması ilə bağlıdır. 
Qeyd edək ki, çempionatın əvvəlində zədələnən Vurğun artıq 9 turdur “Qəbələ”yə kömək edə bilmir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail