PFL yenə təqvimdə dəyişiklik etdi

21.11.2012 | 3377 dəfə oxunub

Peşəkar Futbol Liqası (PFL) yenə təqvimdə dəyişiklik edib. Stadium.az xəbər verir ki, PFL-in rəsmi internet saytında yer alan məlumatda deyilir: 

“İnter” klubunun baş məşqçisi və məşqçisinin 23 noyabr 2012-ci il tarixində AFFA tərəfindən təşkil olunan A kateqoriyalı məşqçi kurslarında iştirak edəcəyini və “Simurq” klubunun razılıq məktubunu nəzərə alaraq əvəzedici heyətlərin 14-cü turunun “Simurq” – “İnter” oyunu 23 noyabr tarixindən 22 noyabr 2012-ci il tarixinə keçirilib.

“Kəpəz” və “Tərəqqi” klublarının ev oyunlarını eyni stadionda keçirdiyini və ölkə kubokunun 1/8 final görüşlərinin 28 noyabr 2012-ci il tarixində keçiriləcəyini nəzərə alaraq Topaz Premyer Liqasının 14-cü turunun “Qarabağ” – “Turan” oyunu 25 noyabrdan 24 noyabr 2012-ci il tarixinə keçirilib.

Həmçinin “Tərəqqi” klubunun müraciəti əsasında və “Neftçi” klubunun razılıq məktubunu nəzərə alaraq ölkə kubokunun 1/8 final mərhələsinin “Tərəqqi” – “Neftçi” oyunu 28 noyabr 2012-ci il tarixdə Bakıda keçiriləcək.

“Şahdağ” klubunun müraciətini və “Göyəzən” klubunun razılıq məktubunu nəzərə alaraq I Divizionunun 13-cü turunun “Şahdağ” – “Göyəzən” oyunu 16 dekabr 2012-ci il tarixindən 30 noyabr 2012-ci il tarixinə keçirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail