"Onun yoxluğuna görə əlimizə dəsmal götürüb, ağlayası deyilik"

21.11.2012 | 4090 dəfə oxunub

Sabah Avroliqanın qrup mərhələsinin V turu çərçivəsində öz meydanında "Partizan"ı qəbul edəcək "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis meydana qələbə üçün çıxacaqlarını bildirib. 

- “Partizan”a “Sumqayıt”ın aqibətini yaşada bilərsiniz? 
- Biz az ağır sualdır. Necə deyərlər, iştah 0diş altındadı. Oyunun gedişində bütün məsələlərə aydınlıq gətirməyə çalışacağıq. 

- Belqradda qələbə qazanmağa söz vermişdiniz. Yenə iddialı danışacaqsınız?
- Mən həmişə iddialı danışmışam. Meydana yenə qələbə üçün çıxacağıq. Futbolçuları 5 gündür qələbə yönündə motivasiya edirəm. 

- Mahir Şükürovun vəziyyəti necədir?
- O, zədə üzündən məşq etmirsə, əvəzolunmaz olsa belə, oynatmaram. Barmağındakı zədənin müalicəsindən sonra Mahir mənə oynamaq istədiyini dedi. Ancaq mənə həkimlərin raportu lazımdır. Onlar dedi ki, futbolçunu meydana buraxa bilmərik. Buna görə “18-lik”də olmayacaq.

- Şükürovun yerinə kimi oynadacaqsınız?
- Bunu deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, bu dəfə fərqli taktika ilə oynayacağıq. Yəni 4-5-1 yox, başqa düzülüşə üstünlük vermək istəyirik.

- Cəzalı Erik Ramosu necə əvəzləyəcəksiniz?
- O, mənim ən sevdiyim futbolçulardandır. Ramos sırf dayaq yarımmüdafiəçisidir, meydanda “qara iş” görür. Ağıllı futbolçudur, meydanı çox yaxşı görür. Ola bilər ki, son vaxtlar bir qədər zəif çıxış edir. Bunu yorğunluqla əlaqələndirərdim. Ancaq Erik nə qədər yaxşı futbolçu olsa da, onun yoxluğuna görə əlimizə dəsmal götürüb, ağlayası deyilik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail