"Partizan"ın baş məşqçisi: "Mətbuat konfransı keçiriləcək yeri tapa bilmirdim"

21.11.2012 | 4852 dəfə oxunub

Sabah Avroliqanın qrup mərhələsinin beşincxi turu çərçivəsində Bakıda "Neftçi”nin qonağı olacaq "Partizan"ın baş məşqçisi Vladimir Vermezoviçin bu gün mətbuat konfransı keçirilib. Stadium.az xəbər verir ki, Vermezoviç ilk öncə matç haqda danışıb:

- Biz növbəti mərhələyə çıxa bilməsək də, “Neftçi” ilə oyun bizim üçün çox vacibdir. Yarışın sonunda mübarizəni turnir cədvəlində yaxşı yerdə bitirmək istəyirik. Biz bu oyuna çox yaxşı hazırlaşmışıq və “Neftçi”nin 8:1 hesablı qazanmağından xəbərimiz var. Bizim bir məqsədimiz var ki, bu da qələbə qazanmaqdır. Zədəli futbolçumuz yoxdur. Bakı ilə 3 saat fərqimiz var. Ümid edirəm ki, futbolçumuz buna öyrəşəcəklər.

- Adətən baş məşqçilər mətbuat konfransına gələndə, üzr istəyirlər. Ancaq sizdən bunu görmədik...
- Mənim üzr istəmək fikrim yoxdur. Çünki mətbuat konfransı keçiriləcək yeri tapa bilmirdim. Bayaqdan onu axtarmaq üçün stadionda hərlənirdim. 


- Sizi qarşılamaqla “Neftçi”dən kiməsə müraciət etmişdiniz?
- Xahiş edirəm ki, oyunla bağlı sual verin. 

- “Neftçi”nin son turda 8:1 hesabı ilə qalib gəlməyi sizə psixoloji təsir göstərə bilərmi?
- Düşünmürəm. Biz oyuna yaxşı hazırlaşmışıq. Bu, fərqli matç olacaq və komandamdan yaxşı nəticə gözləyirəm. 

- Siz 2 futbolçunuzu nizam-intizam məsələlərinə görə Bakıya gətirməmisiniz. Onların olmamağını nə ilə izah edərdiniz?
- Onların yoxluğu nizam-intizamla bağlı deyil. Sadəcə, indi komandada deyillər. 

- “Neftçi” zəngin klub olsa da, hazırda çempionatda 5-ci yerdə gedir. Bununla bağlı nə deyə bilərsiniz?
- 5-ci yerdə heç nə demək deyil. Bu, pulla əlaqəli deyil. Sadəcə, “Neftçi” Avroliqada növbəti mərhələyə çıxa bilməyəndən sonra bütün diqqətini çempionata yönəldəcək. Onun ehtiyatda 3 oyunu var.

- Sizi Bakıda hansı nəticə qane edəcək?
- Əlbəttə, qələbə ilə qayıtmaq. Ancaq “Neftçi” yaxşı komandadır və yaxşı oyun gözləyirəm. Burdan yaxşı təəssüratla qayıtmaq istəyirəm.

- “Neftçi” Belqraddan xalla qayıdıb. Komandanız da son turda “Srvena Zvezda”ya uduzub. Bu, özündən razılıq nədən irəli gəlir?
- Mən ona görə özümə əminəm ki, futbolçularıma inanıram. Baxmayaraq ki, son turda uduzmuşuq. Buna qədər ardıcıl qələbələrimiz olub. Avroliqada “İnter”ə qarşı çox yaxşı oynamışıq. Futbolçularla həmişə bir yerdəyəm. Mən onların oyuna necə hazırlaşdığını bilirəm.

- “Srvena Zvezda”ya məğlubiyyətdən sonra heyətdə dəyişiklər olacaq? “Neftçi”də Mahir Şükürovla Erik Ramosun oynamamağı ilə bağlı nə deyə bilərsiniz?
- Heyətdəki dəyişiklərlə bağlı axşam fikirləşəcəyik. “Neftçi” yaxşı komandadır. Mən daha çox öz komandam haqda fikirləşirəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail