Georgiyevski: "Liderə qarşı hamı xüsusi köklənir" Müsahibə

22.11.2012 | 3087 dəfə oxunub

“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az xəbər verir ki, makedoniyalı futbolçu müsahibəsində “Turan”la matç barəsində danışıb, “Simurq”la gözlənilən oyun haqqında fikirlərini açıqlayıb və digər suallara cavab verib.

- “Turan”la keçirilmiş oyun barədə nə deyə bilərsiniz?

- Bilirdik ki, bizi ciddi müqavimət gözləyir. Buna baxmayaraq komanda oyuna yaxşı kökləndi və qalib gəlməyi bacardı. Komandanı yaxşı oyun və haqlı olaraq qazanılmış üç xal münasibətilə təbrik etmək istəyirəm.
 
- Gürünürdü ki, “Turan” səviyyə baxımından “İnter”ə bir qədər uduzur. Lakin Tovuz komandası bunu mübarizə və arzu hesabına kompensasiya etmək istəyirdi.
 
- Bəli, rəqib bacardığı qədər mübarizə apardı. Onlar pis oynamadılar, heç nə də geri qalmaq istəmədilər, lakin hər halda səviyyə arasındakı fərq öz sözünü dedi. Bununla belə, “Turan” yaxşı təəssürat yaratdı. Bu komanda yaxşı mübarizə apardı.
 
- “İnter”i qarşıdan Zaqatalaya səfər gözləyir. Qarşıdan gələn matç barədə nə deyə bilərsiniz?
 
 -Bu mövsüm “Simurq” artıq gücünü göstərdi. Bu komanda cari çempionatda yaxşı çıxış edir. Bizə bu oyuna yaxşı hazırlaşmağımız lazımdır. Oyun hər iki komanda üçün çətin olacaq. Biz birinci yerdə gedirik, liderə qarşı oyunlarda, bildiyiniz kimi, hamı xüsusi köklənir.
 
- Cari çempionat sürprizlərlə zəngindir. Demək olar aşkar autsayderlər qalmadı. Necə düşünürsünüz, “İnter” belə mürəkkəb mövsümdə çempionluq uğrunda mübarizə apara biləcək?
 
- Biz buna çox ümid edirik. Bu mövsüm ikiqat çətindir, axı istənilən komanda istənilən rəqibini məğlub edə bilər. Bir də ki, hələ aydın deyil, “ilk altılıq”da kim olacaq. Halbuki ötən mövsüm bu vaxt anlamaq olardı ki, “ilk altılığa” hansı komandalar düşəcək. Bir sözlə, bu mövsümdə kompromissiz mübarizə gedir. Qarşıda daha da ağır olacaq, ancaq biz uğura inanırıq. Bizə xallarımızı əldə etmək, qələbə qazanmaq və məqsədimizə doğru irəliləmək lazımdır.
 
- Bəs çempionluq yolunda “İnter”in əsas rəqiblərinin hansı komandalar olduğunu görürcünüz?
 
- Bu barədə danışmaq hələ tezdir. Hər komanda sürpriz edə bilər. Bizə bütün matçlara köklənmək lazımdır. Zəif rəqib olmur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail