Böyükağa Hacıyev: "Fakt odur ki, “Neftçi” tarix yazdı"

23.11.2012 | 4637 dəfə oxunub

Vladimir Vermezoviçin ardından media önünə “Neftçi” klubunun çalışdırıcısı Böyükağa Hacıyev çıxıb. Stadium.az xəbər verir ki. təcrübəli mütəxəssis birbaşa sualları cavablandırıb:  

- “Rubin”lə qarşılaşmadan sonra Cavidin olmamağından təəssüfləndiniz. İmamverdiyev meydanda olsaydı da, ümidləri doğrultmadı. Bundan başqa, Mahir Şükürov və Erik Ramos meydana çıxsaydı, necə ola bilərdi?
- Cavid bu gün pis təsir bağışlamadı. Nəzərə alaq ki, uzun müddət zədədən əziyyət çəkirdi. “Sumqayıt”la görüşdə cəmi 55 dəqiqə oynamışdı. Araz Abdullayevi meydana atmaqla, Cavidi çıxardım. Emin Mehtiyev heç də Mahirdən pis oynamadı. Tərlan ilk dəfə dayaq yarımmüdafiəçisi kimi çıxış etdi. Vurmayana vurarlar. Çalışacağıq ki, səhvlərdən nəticə çıxaraq. İndi diqqətimizi daxili çempionata yönəldirik. Çünki Premyer Liqada qalib olmaqla, gələn il daha güclü və təcrübəli “Neftçi” ilə avrokuboklarda mübarizə aparmaq istəyirik.

- Bu oyunadək rəqibdən asılı olmayaraq, optimist danışırdınız. Artıq nikbinliyiniz görünmür. Sanki “İnter”lə matça məğlub gedirik. Bu, nədən irəli gəlir?
- Bir şeyi unutmayın ki, həmişə nikbinəm. Mən bu gün bu səviyyədə qalibəm. Hansı komanda ilk ilində avrokuboklara düşüb, 2 xal yığıb? “Neftçi” avrokubokda səs salırsa, məğlubiyyətdən söhbət gedə bilməz. Fakt odur ki, “Neftçi” tarix yazdı. Təəssüf ki, qələbə qazana bilmədik. Sadəcə, yorğunam. İstəyirsinizsə, şaqqanaq çəkim. Ona görə optimist görünməyə bilərəm. 

- Sizə elə gəlmirmi ki, “Neftçi” milli komandanın nəticəsini təkrarladı?
- Futbolda öz dəst-xəttim var. Amma millinin oyununu təkrarlamaram. Necə müdafiədən oynayaram ki, Emin Mehtiyev hücuma gedirdi. Heç vaxt “Neftçi” müdafiədən futbol oynamayıb. Belə olsaydı, Avropadan xallarla qayıdardıq. Bir komandada 2 müdafiəçi daim irəli gedirsə, hansı müdafiə futbolundan söhbət gedə bilər?

- Vobay heç nə ilə yadda qalmadı. Onu niyə dəyişmədiniz?
- Vobayın yerinə kimi meydana ata bilərəm ki? Daim hücum edirsə, onu niyə çıxarmalıyam? Yaddan çıxarmayın ki, 2 gün sonra “Bakı”ya, daha sonra “Tərəqqi”yə qarşı oynayacağıq. Dünənə kimi Vobay yaxşı idisə, indi pis oldu? Kim futbolu mənimlə müzakirə etmək istəyirsə, buyurun bazaya. Kimsə, mənə məsləhət verməsin.

- Bahodir Nasimovun adı “18-lik”də var idi. Onu oynatsaydınız, 2 hücumçu olan sistemlə çıxış edərdinizmi?
- Bahodir çox istedadlıdır. Məşqlərə başlasa da, hələ pik nöqtədə deyil. Adının “18-liy”ə salınması psixoloji cəhətdən onu hazırlaşdırmaq idi. Əgər ehtiyatda hücumçumuz çox olsaydı, 2 yox, 3 hücumçu ilə də oynamağa hazıram. Elvin Yunusazdə, Emin Mehdiyev, Cavid İmamverdiyev, Rəşad Sadiqovun orta yaş həddinə baxın. Onlara təşəkkür edirəm. Avroliqada belə oynayırlarsa, deməli, millidə də yaxşı çıxış edəcəklər.

- Ən zəif oyunçu komandada kimi gördünüz?
- Bizdə ən zəif bənd Böyükağa Hacıyevdir. Mən heç kimə zəif deyə bilmərəm. Bu gün “Rubin” “İnter”i 3:0 hesabı ilə udur. Halbuki, mənə “niyə “Rubin”i uda bilmədik” deyə ittihamlar irəli sürürlər...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail