"Xəzər Lənkəran" "Kəpəz"lə yubiley oyununa çıxır

23.11.2012 | 3545 dəfə oxunub

“Xəzər Lənkəran” Topaz Premyer Liqasında XIV turun matçını da səfərdə keçirəcək. Stadium.az cənub klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, ardıcıl 2-ci dəfə rəqib meydanına çıxacaq Karles Martorellin yetirmələri bu dəfə Gəncədə “Kəpəz”in qonağı olacaq. Gəncədəki qarşılaşma rəqiblər arasında 10-cu – yubiley matçı olacaq.
 
İndiyədək baş tutan 9 qarşılaşmanın hamısı çempionat çərçivəsində olub və Lənkəran komandası cəmi 2 dəfə xal itkisi ilə üzləşib. 1 heç-heçə və 1 məğlubiyyətə üzülən “Xəzər Lənkəran” 7 dəfə “Kəpəz”i məğlub edib. Bu matçlarda 17 qol vuran komanda öz qapısında 7 qol görüb.
 
Rəqiblər arasında ilk duel "Xəzər Lənkəran"ın yarandığı 2004-cü ilə təsadüf edib. 2004/05 mövsümündə hər 2 matçda quru qələbə qazanan “Xəzər Lənkəran” Gəncədəki qələbə ilə “Qızıl oyun”a vəsiqə qazanıb ilk medalını – gümüşü təmin etmişdi. Klub tarixinə ən uğursuz mövsüm kimi düşən 2005/06 mövsümündə də “Kəpəz”lə 2 oyun baş tutub. Həmin vaxt “Xəzər Lənkəran” evdəki matçda ilk dəfə gəncəlilərdən qol buraxıb və ilk dəfə xal itirib.
 
Həmin ilklər ev oyunları üçün yeganə olaraq qalır. Belə ki, Lənkərandakı qarşılaşmalarda 4 qələbəsi olan “Xəzər Lənkəran” öz meydanında yalnız 7 il əvvəl “Kəpəz”ə xal verib. Bu matçlardakı top fərqi isə 9:1-dir.
 
2006-cı ildə “Kəpəz” fəaliyyətini dayandırıb yenidən bərpa olunduğu üçün qərblilərlə növbəti duel 2010-cu ildə baş tutdu. Bundan sonrakı ilk matçda – Gəncədə gözlənilmədən böyük hesabla uduzan lənkəranlılar 1-ci və sonuncu dəfə xalsız qaldı. Bundan sonra Kəpəz“ üzərində ardıcı 4 qələbə qazanan “Xəzər Lənkəran” son 2 dueldə eyni sayda - 4 qol vurub. Maraqlıdır ki, bu görüşlərin hər ikisində “Xəzər Lənkəran”ın qollarını 4 müxtəlif oyunçu vurub.
 
Əvvəl səfərdə, sonra evdə böyük hesablı qələbəyə sevinən futbolçular rəqib meydanındakı 4 qarşılaşmada 3 qələbə qazanıb və yalnız 1 dəfə uduzub. Gəncədəki oyunlarda top fərqində üstünlük qonaqların tərəfindədir - 8:6.
 
2004/0521.12.2004çempionate2:0
2004/0525.05.2005çempionats1:0
2005/0613.11.2005çempionate1:1
2005/0621.04.2006çempionats2:1
2010/1117.10.2010çempionats1:4
2010/1111.12.2010çempionate1:0
2011/1228.10.2011çempionate1:0
2011/1216.12.2011çempionats4:1
2012/1310.08.2012çempionate4:0



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail