Ölkə çempionatı 10 000-ci qol ərəfəsində

23.11.2012 | 3722 dəfə oxunub

Topaz Premyer Liqasının XIV turu Azərbaycan futbolu tarixində əlamətdar hadisə ilə səciyyələnə bilər. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, bu tur 1992-ci ildən bu yana ölkə çempionatları tarixində 10 000-ci qol vurula bilər. Statistik göstəricilərə görə, ötən 20 çempionat ərzində 9823 top, cari mövsümün 13 turunda isə 172 top vurulub. Topaz Premyer Liqasında indiyədək baş tutmuş 69 qarşılaşmada orta məhsuldarlıq 2,49 top olduğundan ölkə çempionatı üçün yubiley – 10 000-ci qolun məhz bu tur vurulacağını təxmin etmək olar.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ilk qolun müəllifi Mehman Alışanov (“Qarabağ”), ilk çempionatın bombardiri isə Nazim Əliyev (“Xəzər” Sumqayıt, 39 top) olmuşdur.

Azərbaycan çempionatlarında mövsümlər üzrə vurulan qolların sayı:

1992-ci il – 1191 qol
1993-cü il – 437 qol
1993/94-cü il – 605 qol
1994/95-ci il – 401 qol
1995/1996-cı il – 469 qol
1996/97-ci il – 692 qol
1997/98-ci il – 405 qol
1998/99-cu il – 590 qol
1999/2000-ci il – 307 qol
2000/01-ci il – 302 qol
2001/02-ci il – 376 qol
2003/04-cü il – 485 qol
2004/05-ci il – 684 qol
2005/06-cı il – 423 qol
2006/07-ci il – 361 qol
2007/08-ci il – 434 qol
2008/09-cu il – 443 qol
2009/2010-cu il – 392 qol
2010/11-ci il – 381 qol
2011/12-ci il – 445 qol
2012/13-cü il (13 tur) – 172 qol

Cəmi: 9995 qol



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail