"Bakı" uduzdu, AZAL yenə xal itirdi, "Qəbələ" "ilk üçlük"də YENİLƏNİB

25.11.2012 | 5179 dəfə oxunub

Bu gün Topaz Premyer Liqasında XIV turun son 3 oyunu keçiriləcək. Stadium.az xəbər verir ki, qarşılaşmaların hamısı Bakıda baş tutacaq. Günün  ilk oyununda paytaxt derbisi baş tutacaq.

39-cu dəfə baş tutacaq paytaxt derbisində “Neftçi”nin üstünlüyü böyükdür. Bu komandaların son 8 oyununda heç-heçə qeydə alınmayıb. Statistika "Neftçi"nin xeyrinə olsa da, komanda tarixində daxili arenadakı ən böyük yenilgisini məhz "zolaqlılar"dan alıb. 5 il əvvəl baş tutan qarşılaşmada çoxlarının gözləmədiyi halda "Bakı" "Neftçi"ni 5:1 hesabı ilə darmadağın etmişdi.

Komandaların hazırkı durumu fərqlidir. "Bakı" son turda "Xəzər Lənkəran"a qalib gəlməsinə baxmayaraq, hələ də 11-ci pillədə qərarlaşıb. Son oyunda bir sıra dəyişikliklərə əl atan baş məşqçi Bojidar Bandoviçin "Neftçi" ilə oyunda hansı taktiki gedişə üstünlük verəcəyi böyük maraq doğurur. Əgər sabah lənkəranlarlıların ardınca "Bakı" "Neftçi"ni də xalsız qoya bilsə, o zaman komandada işlərin yoluna düşdüyünü iddia etmək olar.

"Neftçi" isə əzəli rəqibi önünə bir qədər yorğun çıxacaq. Matçın nəticəsinin "ağ-qaralar"ın "Partizan"la oyundan sonra hansı səviyyədə bərpa olunmasından asılı olduğunu da qeyd etmək lazımdı. Komanda özünü toparlaya bilsə, paytaxt derbisindən istədiyi nəticə ilə ayrıla bilər.

Paytaxt təmsilçisi ilə 6-cı oyununa çıxacaq “Sumqayıt” əvvəlki görüşlərdə cüzi üstünlüyə malikdir. Sumqayıtlılar həm də bütün görüşlərdə rəqib qapısından ən azı 1 qol keçirib. Lakin onlar səfər qələbəsi qazana bilməyiblər.

AZAL-ın hazırkı durumu heç də ürəkaçan deyil. Son turlar inamsız təsir bağışlayan Vaqif Sadıqovun yetirmələri bir-birinin ardınca önəmli xallar itirərək turnir cədvəlindəki mövqeyini xeyli pisləşdirib. Bu səbəbdəndir ki, "təyyarəçilər" artıq ilk "altılığ"a aşağıdan baxır. Mövqeyini yaxşılaşdırmaq üçün AZAL mütləq "Sumqayıt"ı məğlub etməlidir. Əks halda Vaqif Sadıqov və komandası nəinki avrokuboklardan, hətta ilk "altılıq"dan da əlini üzsə, daha yaxşıdır.

Lakin AZAL-a baxanda "Sumqayıt"ın durumu daha bərbaddır. Son turda "Neftçi"dən alınan 1:8-lik faciəvi yenilgi rəhbərliyin də səbrini daşırıb. Deyilənə görə, baş məşqçi Bernhard Raaba son şans verilib. Lakin bu heç də inandırıcı deyil. Çünki alman məşqçinin rəhbərliyi altında komanda böyükhesablı yenilgilərə öyrəşib.

4-cü dəfə üz-üzə gələcək rəqiblərin oyunlarında qələbə sayında “Rəvan”, top fərqində “Qəbələ” öndədir. Bu matçlarda meydan sahibləri hələ xal qazanmayıb. Bu komandaların duelində hər dəfə qonaqlar 3 xala sevinir. Ənənənin bu dəfə də davam edib-etməyəcəyi maraq doğurur. Hər iki kollektiv son turu qələbə ilə başa vurub. Lakin "Rəvan"dan fərqli olaraq Ramiz Məmmədov yetirmələri artıq 3 turdur ki, meydandan 3 xalla ayrılır. Seriya dördə çatsa, o zaman "Qəbələ" həm turnir cədvəlində üçüncü pilləyə yüksələcək, həm də liderlələr xal fərqini cəmi 1ə endirəcək.

“Rəvan” - “Qəbələ” 1:3 

Qollar: Tofiq Mikayılov 24 - Viktor Mendi 13, Rəşad Abdullayev 36, Lourival Assis 71 (pen)

Qırmızı vərəqələr: Ekrem Hodziç 70 ("Rəvan") - Rəşad Abdullayev 44 ("Qəbələ")

"Bayıl Arena"

Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov

+2=0-1, top fərqi - 6:7

“RƏVAN”: 12. Davud Kərimi, 5. Nikolay Orlovskiy, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 13. Şəhriyar Rəhimov, 18. Samuel Barlay, 22. Tofiq Mikayılov, 14. Juan Manuel Varela, 4. Ekrem Hodziç (k), 20. Kristian Torres, 27. Nuran Qurbanov 

Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 11. Şeriff Suma, 15. Tural Cəlilov, 16. Orxan Lalayev, 26. Fransis Bosman, 9. Vüsal Qarayev, 28. Amid Quluzadə

“QƏBƏLƏ”: 30. Anar Nəzirov, 9. Viktor Mendi, 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 22. Lourival Rodriqes, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k), 84. Dejan Kelhar, 34. Ürfan Abbasov

Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 7. Yaşar Abuzərov, 5. Muammer Erdoğdu, 21. Elmar Baxşıyev, 23. Şəhriyar Xəlilov, 8. Bruno Da Silva, 38. Muşfiq Teymurov

“Bakı” - “Neftçi” 1:2 

Qollar: Elvin Məmmədov 60 - Nikolas Kanales 62 (pen), Flavinyo 90+ 3

Qırmızə vərəqə: Novruz Məmmədov 88 ("Bakı")

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

Hakimlər: Elçin Məmmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov

+8=7-23, top fərqi - 30:57

“BAKI”: 82. Edin Nuredinoski, 2. Edemir Rodrigez, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 8. Junior Vilson, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 17. Ramazan Abbasov, 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 99. Rəhman Hacıyev

Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 5. Duje Bakoviç, 21. Novruz Məmmədov, 23. Maris Verpakovskis, 24. Nenad Kovaçeviç, 77. Aleksandar Soliç, 18. Tural Qürbətov

“NEFTÇİ”: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə

Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov

AZAL - “Sumqayıt” 1:1 

Qollar: Zohair Benouahi 9 (pen) - Pərdis Fərcad Azad 3

"AZAL Arena"

Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Elvin Əsgərov

+1=2-2, top fərqi - 10:9

AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka, 2. Juan Fransisko, 4. Jose Junior Ailton, 15. Oskars Klava, 20. Branislav Arseniyeviç, 11. Zohair Benouahi, 17. Viktor İqbekoyi, 7. Cavid Tağıyev, 19. Orxan Səfiyaroğlu, 16. Junior Nildo

Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 23. Tural Nərimanov, 22. Ruslan Tağızadə, 28. Artur Patraş, 77. Arif İsayev, 99. Orxan Həsənov, 37. Andrius Veliçka 

“SUMQAYIT”: 12. Elçin Sadıqov, 2. Salvik Alxasov, 4. Samir Abasov (k), 7. v, 8. Aqşin Muxtaroğlu, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 11. Sabir Allahquliyev, 17. Emin Cəfərquliyev, 27. Ramil Həşimzadə, 70. Şamil Camaləddin, 95. Ruslan Nəsirli 

 

N

Komanda

O

Q

H

M

T/F

X

1

SİMURQ

14

6

5

3

16-9

23

2

İNTER

13

6

5

2

13-6

23

3

QƏBƏLƏ

14

6

4

4

18-15

22

4

QARABAĞ

14

5

6

3

18-15

21

5

NEFTÇİ

11

7

0

4

26-14

21

6

XƏZƏR LƏNKƏRAN

13

5

4

4

18-11

19

7

AZAL

13

4

5

4

17-14

17

8

RƏVAN

14

4

4

6

14-21

16

9

TURAN

14

4

4

6

14-19

16

10

SUMQAYIT

14

3

5

6

12-27

14

11

BAKI

12

2

7

3

11-10

13

12

KƏPƏZ

14

2

3

9

8-24

9

Bombardilər: Nikolas Kanales ("Neftçi") - 12 qol, Junior Nildo (AZAL) - 8 qol



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail