Bu gün Gəncə futbolu üçün ən əlamətdar günlərdən biridir

26.11.2012 | 3718 dəfə oxunub

Düz 45 il öncə “Dinamo” Kirovabad (Gəncə) SSRİ birinciliyinin ikinci dəstəsinin qalibi olaraq, yüksək liqaya vəsiqə qazanıb. Stadium.az "Kəpəz"in rəsmi internet saytına istinadən xəbər verir ki, komanda bu hüquqa Daşkənddə keçirilən həlledici matçda yiyələnib. 1967-ci ilin noyabrın ayının 26-da reallaşan “qızıl” oyunda rəqib Karaqandanın “Şaxtyor” klubu olub. Gərgin mübarizə şəraitində keçən görüş “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu Ramiz Muritov vurub. Gəncə təmsilçisinin yüksək liqaya vəsiqə qazanması şəhərdə toy-bayrama səbəb olub. Bunun nəticəsidir ki, Nizami yurdu qəhrəmanlarını dəmiryol vağzalında təmtəraqla qarşılayıb. Bayram tədbirləri şəhərin mərkəzində də davam etdirilib. Həmin mövsümdə komandanın heyətində çıxış etmiş futbolçulardan üçü bu gün də Gəncədə yaşayır. “Dinamo”nun kapitanı Müzəffər Qasımov, qapıçısı Zakir Süleymanov və hücumçusu Nizami Salahov şəhərin fəxri sakinidir. Adları çəkilən veteran futbolçular hazırda Gəncə Regional Futbol Federasiyasında məsul vəzifədə çalışırlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail