Zeynal Məmmədov: "Elçin Məmmədov bizim oyuna heç-heçə üçün göndərilmişdi"

26.11.2012 | 5959 dəfə oxunub

"Bakı" klubunun rəhbərliyi dünən "Neftçi"yə qarşı keçirilən 39-cu paytaxt derbisində baş hakim Elçin Məmmədovun idarəçiliyindən narazı qalıb. Stadium.az xəbər verir ki, "zolaqlılar"ın baş meneceri Zeynal Məmmədov sözügedən məsələ ilə bağlı “Sport Favorit” qəzetinə açıqlama verib:

“Komandamın oyunundan razı qalmadım. “Xəzər Lənkəran”a qarşı oynadıqları oyunu göstərə bilmədilər. Amma “Neftçi”dən yaxşı oynadılar. Bu oyun göstərdi ki, “Bakı” futbol oynayır. Yenə də haqsızlıqlarla üzləşirik. Bunu hamı gördü. “Qarabağ”la oyunda da bugünkü hər şey təkrar olundu. Biz hakimi mühakimə eləmək istəmirik. Amma bunu minlərlə insan, tamaşaçı gördü. Mənə elə gəlir ki, şərhə ehtiyac yoxdur. Elçin Məmmədov bura heç-heçə üçün göndərilmişdi. Bir epizod oldu, top cərimə meydançasında yerə dəyib Edemir Rodrigesin əlinə toxundu. Həmin vaxt baş hakim qapımıza penalti təyin edə bilərdi, etməyə də bilərdi. Hesab 0:0 olduğu üçün buna ehtiyac yox idi. Penalti verdiyi epizodda isə 11 metrlik cərimə zərbəsindən söhbət belə gedə bilməzdi. Bu da səbəbsiz deyildi. Hakim imkan vermədi ki, “Bakı” bir neçə dəqiqə hesabda irəli olsun. Ona görə deyirəm ki, Elçin Məmmədov bu oyuna heç-heçə üçün göndərilmişdi. Xüsusi tapşırıq almışdı ki, “Bakı”nı udmağa qoymasın. İkinci qol artırma dəqiqələrində “rekoşet”dən qapımıza vuruldu. Sürpriz bir qol oldu. Yoxsa, oyun heç-heçəyə gedəcəkdi. Bunu oyuna baxan adamlar da sezdilər. Elçin  heç-heçəyə oyun aparırdı. Son dəqiqələrdə vurulan qol bütün planları pozdu. Deyim ki, “Neftçi” güclü oynadı, xeyr. Rəqib 3 gün öncə Avroliqada oyuna çıxmışdı. Onlarda yorğunluq hiss olunurdu. “Bakı” meydanda “Neftçi”dən daha üstün görünürdü. Şanslarımız daha çox idi. Mən öz futbolçularımla fəxr edirəm. Çünki hücumçusuz oynayırdıq. İkinci turdu ki, meydançaya hücumçusuz çıxırıq və qol vururuq. Komanda forvardsız qalsa da, öz oyununu göstərir. Fikrimcə, hücumçumuz olsaydı, hər şey tam başqa cür olardı. Uduzulası oyun deyildi. Bizim qoldan sonra Elçin Məmmədov dərhal oyunda tarazlıq yaratdı. “Qarabağ”la oyun təkrar olundu. Hər şey ortadadır. Bütün insanlar izləyir. Hamı Azərbaycan futbolunda nələrin baş verdiyini görür. Ola bilər ki, “Qarabağ”la oyunda bir balaca əsəblərimi cilovlaya bilmədim. Amma mən tərəfindən heç kimə təhqir olmayıb. Ona görə də fikirləşirəm ki, mənə cəza verilməsi düzgün deyil. Olan hadisələrə baxılır və cəzalar verilir. Kimə nə cəza verir. Elçin Məmmədov da göstərdi ki, son vaxtlar “Bakı”ya necə münasibət bəslənilir. Nə mətbuat konfransı keçirmək, nə də AFFA-ya müraciət etmək fikrimiz var. Bu belədi və belə də davam edəcək. Guya, mətbuat konfransı keçirsək, nə düzələcək? Hər şeyə kənardan baxan jurnalistlər qərar verməlidir. Bizim nəsə deməyimiz düzgün çıxmaz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail