Bukmeykerlər daha bir oyunun nəticəsini şübhə altına saldılar

27.11.2012 | 5067 dəfə oxunub

Bu gün Rusiya Premyer Liqasının növbəti turu çərçivəsində keçirilən "Amkar" - "Anji" qarşılaşmasının nəticəlıəri bukmeykerlərdə şübhə oyadıb. Stadium.az "Sports.ru" saytına istinadən xəbər verir ki, Rusiyanın ən məşhur mərc operatoru olan "Marathonbet" qarşılaşmanın nəticəsindən şübhələnib və bu səbəbdən də sözügedən oyuna canlı mərc etmək mümkün olmayıb. Məsələ ilə bağlı mərc operatorunun mətbuat katibi Oleq Vlasov deyib:

"Amkar" - "Anji" oyunu mərc siyahımıza noyabrın 20-də daxil edilib. Həmin vaxt Mahaçkala klubunun qələbə əmsalı 1,77-ə bərabrər idi. Bizim iş prinsipimiz belədir ki, əmsallar mərc edənlərin sayına görə nisbətən dəyişir. Əgər hansısa bir oyunu mərc edənləri sayı normadan xeyli artırsa və əmsallar böyük ölçüdə dəyişirsə, o zaman həmin oyun şübhəli qarşılaşmalar sırasına daxil edilir. Noyabrın 21-də "Anji"nin qələbə əmsalı 1,66-ya, 1 gün sonra isə əvvəlcə 1,54-ə, daha sonra isə 1,46-ya düşdü. Bu gün da "Anji"nin qələbə əmsalı durmadan aşağı enirdi - 1,40; 1,36; 1,33... 14:59-da əmsal artıq 1,26-ya düşdü. Bu zaman ortaya maraqlı bir fakt çıxdı. Məlum oldu ki, "Anji"nin qələbəsinə pul yatıranların 75 faizi Permdəndir. Bu da istər-istəməz bizdə şübhə oyatdı və daxili qayadalara əsasən "Amkar" - "Anji" oyunu şübhəli matç elan edildi. Biz oyuna canlı mərc qəbul etmədik. Amma dünyanın bir sıra mərc operatorları matça canlı mərc etməyə imkan verirdilər. Bu zaman isə şübhələrimizin əbəs yerə olmadığına əmin olduq. Belə ki, qarşılaşmanın 88-ci dəqiqəsi oynanılarkən hesab 1:1 idi. Amma "Anji"nin qələbə əmsalı cəmi 2 idi. Belə halla ilk dəfə qarşılaşırdım. Çünki matçın sonuna 2 dəqiqə qalarkən hesab bərabərdirsə, hansısa komandanın qələbə əmsalı təxminən 5 və ya 6 ilə göstərilir".  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail