“Bakı-008” klubunda "lipa" tapıldı

27.11.2012 | 5032 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
24 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XI turunun MOİK – “Şəmkir” matçının 90+1-ci dəqiqəsində “Şəmkir” klubunun 14 №-li futbolçusu Ruslan Rüstəmov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
24 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XI turunun “Şahdağ” – “Qaradağ Lökbatan” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
22 noyabr 2012-ci il U-16 Liqasının “Sumqayıt” – AZAL matçının 40-cı dəqiqəsində “Sumqayıt” klubunun 10 №-li futbolçusu Əhməd İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
20 noyabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın “Turan” – “Neftçi” matçının 68-ci dəqiqəsində “Turan” klubunun 2 №-li futbolçusu Nəriman Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolmu 1 oyunluq cəzalanır (maddə 48).
25 noyabr 2012-ci il U-14 Liqasının “Şəmkir” – UGİM (Ağstafa) matçının 47-ci dəqiqəsində “Şəmkir” klubunun baş məşqçisi İsmayıl Nəsibov hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).
25 noyabr 2012-ci il U-14 Liqasının UGİM (İsmayıllı) – UGİM (Ağdaş) matçının 36-cı dəqiqəsində UGİM (Ağdaş) klubunun 9 №-li futbolçusu Elvin Əfəndi rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır (maddə 42.1).
24 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın “Lerik” – “Dinamo” (Yardımlı) matçında “Dinamo” (Yardımlı) klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
24 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın “Bakı” – “Bakı-008” matçında oyundan əvvəl lisenziyaların yoxlanması zamanı “Bakı-008” klubunun heyətində 4 №-li futbolçusu Vüsal Məmmədlinin əvəzinə lisenziyası olmayan futbolçunun iştirak etməsi aşkar olunmuşdur. Bu səbəbdən “Bakı-008” klubunun baş məşqçisi Elsevər Sarıyevə ciddi xəbərdarlıq edilir. Oxşar hadisənin baş vərəcəyi təqdirdə ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.
25 noyabr 2012-ci il futzal üzrə I divizionun NTD – “Metro AİR” matçının 19-cu dəqiqəsində “Metro AİR” klubunun 9 №-li futbolçusu Seymur Müslümov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanır (maddə 42.3).
25 noyabr 2012-ci il futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qəbələ” – “Uğur” matçının 31-ci dəqiqəsində “Uğur” klubunun 7 №-li futbolçusu Emin Piriyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 50-ci dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu Rəşad Yusibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail