“Neftçi”də milyonlar qazanan ulduzların olmaması diqqətimi cəlb etdi" Müsahibə

27.11.2012 | 3626 dəfə oxunub

Latviyanın “Yurmala” futbol klubunun baş məşqçisi Vladimir Paçko “Neftçi” PFK-nın qonağı olub. Pro kateqoriyası üzrə təhsil alan təcrübəli mütəxəssis təcrübə keçmək üçün bir həftə ərzində komandanın məşqlərini və oyunlarını izləyib. Məşqçi “Neftçi” haqqında təəsüratlarını klubun rəsmi saytına danışıb:

- Vladimir Nikolayeviç Bakıya səfəriniz necə keçdi? İlkin olaraq təəsüratlarınızı öyrənmək istərdik.

- Əvvəlcə onu deyim ki, Bakıya təcrübə keçmək üçün gəlmişdim. Pro kateqoriyası üzrə təhsil aldığım üçün Avropa Liqasında mübarizə aparan klublardan birinin düşərgəsinə yollanmaq lazım idi. Bu klubların oyunlarını diqqətlə izlədikdən sonra Azərbaycan tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi”nin düşərgəsinə yollanmaq qərarına gəldim. “Neftçi” heyətində milyonlar qazanan ulduz futbolçuların olmaması və yerli gənclərə güvənməsi ilə diqqətimi cəlb etdi. “Neftçi”nin düşərgəsinə gəlməyim həm də klub prezidentimizin xahişi ilə oldu. Çünki “Yurmala” klubunda da üstünlük yerli gənclərə verilir və buna görə də “Neftçi”nin təcrübəsindən yararlanmaq istədik.

- “Neftçi”də gördüklərinizdən nə qənaətə gəldiniz?

- Mən futbolda qələbəni şərtləndirən əsas məqamları sadalamaq istərdim. Burada komanda kökündən düzgün qurulub. Aşağı yaş qruplarından tutmuş əsas komandaya qədər mütəşəkkil iş aparılır. Legioner futbolçularla yerli oyunçuların gözəl vəhdəti yaradılıb. Klub rəhbərliyi və baş məşqçi ilə görüşlərimdə bunun bir daha şahidi oldum. “Neftçi”nin “Partizan” və “Bakı” klubları ilə oyunlarını stadiondan izlədim. “Partizan”la görüşdə komandanız ərazi üstünlüyünü ələ almışdı və rəqib qapısı ağzında bir neçə qol vəziyyəti yaratmışdı. Amma bu futboldu qələbəyə layiq olsan belə bəxt amili öz sözünü deyir. “Bakı” ilə oyunda isə futbolçular yorğun olmaqlarına baxmayaraq sona kimi döyüşüb qələbə qazandılar. Bu isə futbolçularda qələbə ruhunun necə güclü olmasından xəbər verir.

- İzlədiyiniz qarşılaşmalarda konkret hansı futbolçuların oyununu bəyəndiniz?

- Komandanızda şıxış edən legioner futbolçular hamısı yaxşı təsir bağışladı. Amma mən əsasən “Neftçi”nin yetirməsi olan yerli futbolçuların çıxışını qeyd etmək istərdim. Müdafiə xəttində 4 və 32 nömrəli futbolçular  (Tərlan Quliyev və Elvin Yunuszadə nəzərdə tutulur.) gələcək vəd edir. Yarımmüdafiə xəttində də bir neçə futbolçunun oyununu bəyəndim. İmamverdiyev, Abdullayev və Seyidov hücumların təşkilində fəal iştirak edirlər. Bu futbolçular gənc olmalarına baxmayaraq bütün oyunlarda meydana çıxır. Düşünürəm ki, “Neftçi” bu oyunçulara güvənməkdə haqlıdır. Çünki onlar Azərbaycan futbolunun gələcək simalarıdır.

- “Neftçi” növbəti mövsümdə də uğurun davamını gətirməyi hədəfləyir

- Məncə “Neftçi” bunu gerçəkləşdirəcək gücdədir. Komandada düzgün seleksiya işləri aparılır. Əgər futbolçu yetişdirmək siyasəti düzgün gedirsə gələcəyə ümidlə baxmaq lazımdı. Komandanız qrup mərhələsinə vəsiqə qazanmaqla ilk addımı atdı. Bundan sonra avrokubokların daimi iştirakçısı olmaq lazımdı. Bu həm futbolçuların təcrübə toplaması baxımından, həm də ölkənizin klub reytinqinin yüksəlməsi sarıdan vacibdir. İnanıram ki, “Neftçi” bu il də ölkə çempionu olsa avrokuboklardakı nəticələrini təkrarlaya yaxud yaxşılaşdıra bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail