Ramin Musayev: "Rus klubları ilə bir yerdə oynamarıq"

30.11.2012 | 3394 dəfə oxunub

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qazprom”un rəhbəri Aleksey Millerin MDB-nin vahid çempionatının keçirilməsi təklifinə qarşı çıxıb. Stadium.az xəbər verir ki, Rusiyanın “Sport den za dnem” qəzetinə müsahibəsində o bildirib ki, onlar bu təklifi müzakirə etməyiblər: "Biz MDB çempionatının yaradılmasına qarşıyıq və rus klubları ilə bir yerdə oynamarıq. İnciməyin, amma mən düzünü deyəcəyəm. Rusiya çempionatında baş verən çox şey bizim xoşumuza gəlmir. Düzdür, sizin yaxşı oyunçularınız, maraqlı komandalarınız var. Onlar azərbaycanlı azarkeşləri cəlb edir. Etiraf edirəm ki, bizim ölkədə Rusiya futboluna biganə olan ailələr yoxdur. Məsələn, Andrey Arşavin “Arsenal”ın formasında meydana çıxanda onu əcnəbi oyunçu saymırıq. Biz UEFA ilə razılaşmalı olduq ki, insanlara pilləkənlərdə oturmağa icazə verilsin. Ancaq sizdə hakimlikdə nələr baş verir! Qalmaqal qalmaqal dalıncadır. Azərbaycan çempionatı Rusiya çempionatından təmizdir. Elə olur ki, bütün oyunlarda nəticə əvvəlcədən bilinir. Və ya oyun bir komanda lazım olan nəticəni əldə etməyənə kimi davam edir. Bizdə belə yoxdur və olmayacaq”.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail