"Bakı" bu gün "Atletiko" ilə müqavilə imzalayır

01.12.2012 | 3985 dəfə oxunub

Bu gün Madrid vaxtı ilə saat 13.00-da (Bakı vaxtı ilə 16.00) Visente Kalderon stadionunun VİP zalında “Atletiko” Madrid və Azərbaycan tərəfi arasında strateji əməkdaşlıq müqaviləsinin təqdimat mərasimi keçiriləcək. Stadium.az "Bakı"nın rəsmi internet saytına istinadən xəbər verir ki, bu tədbir “Atletiko” klubunun baş direktoru Migel Angel Xil Marinin (Miguel Angel Gil Marín) Bakıya ziyarəti zamanı əldə olunmuş geniş əməkdaşlıq planının tərkib hissəsidir. Xatırladaq ki, 2012-ci ilin oktybar ayında “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə ölkəmizi ziyarət edən cənab Xil Marin səfər günlərində beynəlxalq əlaqələr, uşaq və yeniyetmə futbolunun inkişafı, “Atletiko” brendinin Azərbaycanda təmsil olunması, “Bakı”nın İspaniyada tanınması və digər aktual məsələlər ətrafında geniş müzakirələr aparılmış və bunun nəticəsi kimi “Bakı” futbol klubu ilə “Atletiko” Madrid klubları arasında strateji əməkdaşlıq müqaviləsi imzalanmışdı.


Ötən ay Bakıda əldə olunmuş razılığa əsasən, 3 il ərzində yüzlərlə azərbaycanlı futbolçu “Atletiko” Madrid klubunun futbol akdemiyasında təlim ala biləcəklər. Bu məqsədlə gələn ilin əvvəllərində “Bakı” futbol klubu və AFFA-nın dəstəyi ilə seçim xarakterli turnirlər təşkil olunacaq. Baxış xarakterli bu yarışlara 10-15 yaş arası futbolçular qatılacaq. Təcrübəli seleksionerlər tərəfindən seçilən uşaqlar Madridə yollanacaq, uzunmüddətli proqramlar əsasında təlim və təhsil alacaq, İspaniyanın müvafiq yaş qrupları üzrə uşaq liqalarında oynamaq imkanı əldə edəcələr. Bu layihənin bütün məsrəfləri “Bakı” futbol klubu tərəfindən ödəniləcək.

Bugünkü tədbirə gəldikdə isə, tək bir “Bakı” fanatı, bir futbol azarkeşi üçün deyi, hər bir Azərbaycan vətəndaşının fəxr və qürur mənbəyinə çevriləcək bir addım atılır. Belə ki, bu gündən etibarən “Atletiko” Madrid klubu bu gün Madrid derbisinə yenilənmiş forma ilə çıxacaq. 

Atletikolu futbolçular rəngarəng logotip və üzərində “Odlar yurdu Azərbaycan” (“Land of fire Azerbaijan”) yazılan formaları bu gün “Real” Madridlə baş tutacaq derbi oyununda geyəcəklər.

“Atletiko” Madrid və ”Bakı” futbol klubu arasında strateji əməkdaşlıq müqaviləsinin təqdimetmə mərasiminə “Atletiko” Madrid klubunun prezidenti Enrike Sereso Torres (Enrique Cerezo Torres) və Azərbaycanın İspaniyadakı səfiri cənab Altay Əfəndiyev də qatılacaqlar. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail