Dünya reytinqində "Neftçi" 44, "İnter" 7 pillə irəlilədi

03.12.2012 | 4652 dəfə oxunub

Beynəlxalq Futbol Federasiyaları Tarixi və Statistikası (İFFHS) dünya klublarının növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, dünyanın ən güclü 451 klubunun adının yer aldığı siyahıda 2 Azərbaycan təmsilçisi də var - "Neftçi" və "İnter".

"Neftçi" ötən ayla müqayisədə sıralamada 44 pillə irəliləyib. Çempionumuz hazırda 213-cü pillədə qərarlaşıb. Komandanın aktivində 87 reytinq balı var.

"İnter" isə 7 pillə irəliləyərək, 410-cu pilləyə yüksəlib. "Bankirlər"in aktivində 62 reytinq balı var.

Avroliqanın qrup mərhələsində "Neftçi"nin rəqiblərindən olan "İnter" ötən ayla müqayisədə 10 pillə geriləyərək 28-ci pilləyə enib, "Rubin" 14 pillə irəliləyərək 72-ci yerə qalxıb, "Partizan" isə 12 pillə geriləyərək 139-cu pilləyə yuvarlanıb.

Siyahıya əvvəlki kimi "Barselona" başçılıq edir. "Atletiko" ikinci, "Boka Xuniors" isə üçüncüdür. "İlk 10-luq"da həmçinin "Çelsi", "Bavariya", "Universidad de Çili", "Real", "Korintians", "Atletik" və "Lion" klubları yer alıb.

Türkiyə klublarından "Fənərbaxça" 28-ci, "Qalatasaray" 90-cı, "Bursaspor" 119-cu, "Eskişehirspor" 139-cu, "Beşiktaş" 152-ci, "Trabzonspor" 225-ci, "Karabükspor" isə 368-ci yerdə qərarlaşıb.  

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail