Millimizin qələbəsinə şahidlik edən hakim "Neftçi"nin oyununda

03.12.2012 | 2869 dəfə oxunub

Avroliqanın qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək "İnter" - "Rubin" oyununun baş hakimi müəyyənləşib. Stadium.az xəbər verir ki, qarşılaşmanı Bosniya və Hersoqovinadan olan Emir Aleckovic idarə edəcək.

Aleckovic 1979-cu il avqustun 14-də anadan olub. 2010-cu ildən FİFA hakimi adını daşıyır. Ötən ildən isə FİFA-nın ikinci kateqoriyalı hakimləri sırasına daxildir.

Bosniyalı hakim ötən il paytaxtımızada olub. Aleckovic Bakıda 21 yaşadək futbolçulardan ibarət millilər arasında baş tutan Azərbaycan - İslandiya oyununu idarə edib. Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 33 yaşlı referi həmin matçda millimizin 2, rəqibin isə 1 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

"İnter" - "Neftçi" oyunu onun cari mövsümdə Avroliqadakı dördüncü görüşü olacaq. Buna qədər bosniyalı hakim ikinci təsnifat mərhələsində "Metallurq" (Rustavi, Gürcüstan) - "Vikrotiya" (Plzen, Çexiya) - 1:3, üçüncü təsnifat mərhələsində APOEL (Kipr) - "Olesund" (Norveç) - 2:1 və qrup mərhələsindəki "PSV" (Hollandiya) - AİK (İsveç) - 1:1 görüşlərini idarə edib.

Xatırladaq ki, "İnter" - "Neftçi" oyunu dekabrın 6-da "San-Siro"da keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail