“Karabükspor" və "Kasımpaşa" Rail Məlikovu transfer etmək istəyir" Müsahibə

03.12.2012 | 3903 dəfə oxunub

Ötən həftədə Türkiyənin “Dənizlispor” klubunun baş meneceri Mehmet Ali və vitse-prezidenti İhsan Niyaz bir neçə futbolçunun oyununu canlı izləmək üçün Bakıya təşrif buyurmuşdu. Onlardan Mehmet Ali bəylə görüşərək Azərbaycan komandalarında çıxış edən həmyerlimiz Rail Məlikov və və başqa məsələlər barədə söhbət etdik.

- Bakıya gəlişinizdə əsas məqsəd nədir?

- Bilirsiz ki, sizin həmyerliniz Rail Məlikov bizim komandada çıxış edir. RailinDənizlisporda göstərdiyi yüksək səviyyəli oyun Türkiyədə Azərbaycan futboluna olan marağı dəyişib. Düşündük ki, buradan başqa futbolçular da ala bilərik. Hər şeyi yerində görmək üçün Bakıya gəldik.

- Konkret olaraq almaq istədiyiniz futbolçu varmı?

- Əlbəttə var, olmasa bura gəlməzdik ki.

- Ad açıqlaya bilərsiz?

- Rəşad Sadiqov. O futbolçunu çox bəyənmişik. Sadiqov kimi oyunçu hər bir komandada oynaya bilər. Rəşadın hazırdaNeftçiilə müqaviləsi var. Əgər Rəşad razı olsa, onunla mütləq müqavilə bağlayarıq.

- Respublikamızda futbolun indiki səviyyəsi sizdə hansı təəssüratlar yaratdı?

- Klubların strukturunda, oynanılan qarşılaşmalarda, futbolçuların səviyyəsi baxımında bir qədər işlər aparılsa, burada futbol daha yaxşı inkişaf edər. Bakıya ilk dəfə gəlirəm, şəhər olduqca inkişaf edib, məncə, bu amil futbola da sirayət etməlidir. Futbola futbol adamları cavabdeh olmalıdır, onlarla çalışılmalıdır. Belə olan halda, Azərbaycan futbolu daha çox inkişaf edə bilər. Məncə, Türkiyə ilə Azərbaycan futbolu arasında əsas fərq elə budur. Bizdə klublar tam şəkildə - struktur baxımından bünövrəli qurulub, bu işlərə peşəkarlar baxır.  

- Azərbaycan millisinin oyunlarını izləyirsiz?

- Çalışıram heç bir oyunu qaçırmayım.

- Bəyəndiyiniz futbolçu var?

- Milli komandanızdan Vüqar Nadirovun, qapıçı Kamran Ağayevin, müdafiəçi Rəşad Sadıqovun oyunu çox xoşuma gəlib. Onlarla danışığımız ola bilər.

- Rail Məlikov barədə deyə bilərsiz?

- Rail komandaya gələnə qədər onun barəsində bir şey bilmirdik. O, sadəcə bizə təklif edilən bir futbolçu idi. İlk oyununa qədər düşünürdük ki, birdən istədiymiz səviyyədə olmaz. Artıq onun səviyyəli futbolçu olduğu hamıya məlumdu. Railin dürüst əla insanlığı var. Üstəlik, çox peşəkardır. Klub rəhbərlərindən biri olaraq deyə bilərəm ki, Rail bu mövsüm ən yaxşı transferimizdir. Klublarınızın Avrokuboklardakı oyunlarına, milli komandanın çıxışlarına baxıram düşünürəm ki, Rail mütləq milli komandaya dəvət almalıdır. Onun kimi futbolçuya haqsızlıq edilir. Rail milli komandada oynaya biləcək səviyyədə futbolçudur. Məncə, zamanla bu həll olunacaq. Bizim bir futbolçumuz vardı - Roman Kratoçvil. O, “Dənizlisporda 7 il çıxış etdi bu müddət ərzində yanında oynayan bütün stopperlər başqa klublara transfer edildi. Bunların hamısının əməyi ona aid idi. Dənizli xalqı üçün Roman çox önəmli futbolçu insan idi. İndi Dənizlidə hər kəs düşünür ki, Rail onlar üçün yeni Roman Kratoçvil ola bilər. Hətta deyirlər ki, yeni Romanımız Rail. Azarkeşlərin Railə belə qiymət verməsi, onun necə futbolçu olmasından ona verilən dəyərdən xəbər verir. Rail bizdə 11 oyunda meydana çıxıb artıq bir çox klublardan təkliflər gəlməyə başlayıb. Düşünürəm ki, mövsümün axırında istəsək belə, onu komandada saxlaya bilməyəcəyik

- Hansı klublar rəsmi olaraq təklif göndərib?

- Super LiqadanKasımpaşaKarabüksporRaili almaq istəyir. Bundan başqa, Railə müraciət edən bir çox menecer klublar da var.

- Rail artıq vitse-kapitandır...

- Kapitan sarğısı ilə meydana bir nəfər çıxa bilər, amma komandamızda buna layiq olan 3 futbolçu var ki, Rail onlardan biridir. Hər kəs ona hörmət edir, sözünü dinləyir. Rail özünü həm komandaya, həm Dənizli xalqına sevdirən bir futbolçudur. Railin komandada təkcə bir çatışmazlığı var kimeydana kapitan sarğısı ilə çıxmır. Ancaq 3 kapitandan biridir.

- “Dənizlisporun hazırkı vəziyyəti necədir?

- Super Liqadan başlayaraq, bir neçə ay əvvələ qədər bu komandada idarəçilik çox aşağı səviyyədə olub. Super Liqadan düşdükdən sonra iki il cəhdlər göstərilib ki, yenidən ora qayıtsınlar, amma bu mümkün olmadı. Təbii ki, belə vəziyyətdə komandanın borcları da artırıb. Biz gəldikdən sonra gördüyümüz əsas işlərdən biri boş qalan beləyırtıqları bağlamaq oldu. Komandanın irəli getməsi üçün bizim, valinin, bələdiyyənin üzvlərinin, bir sözlə hamı öhdəsinə düşən işi canla-başla görür. Artıq bir çox çətinlikləri arxada qoymuşuq. Keçən dörd ay yarımda bir çox çatışmazlıqları aradan qaldırmışıq. Komandamız müalicə olub, artıq sağalmaq dövrünü yaşayır.

- İddianız nədir?

- Əgər çempionatı izləyirsizsə xəbəriniz var ki, burada hər bir komanda digərinə qalib gələ bilir. Belə bir çempionata 20 gün qalmış bizim komanda yığılıb. Rəhbərlik məşqçi, futbolçuların doxsan faizi, demək olar ki, yenidirlər. Çempionatdan əvvəl digər klublar yoxlama oyunları, biz isə klubu yenidən yaratmaq üçün iclaslar keçirirdik. Bu da bizə böyük zaman itkisi bahasına başa gəldi. Bir çox əksisklərimiz var, Bakıya da gəlmişik ki, bəlkə burada işimizə yarayan futbolçu oldu. Ümumiyyətlə, düşünürük ki, ən azı 3-4 səviyyəli futbolçu alaraq çempionluğa, ən azından isəpley-offa düşmək üçün oynayaq. Düşünür ki, işlər belə davam edərsə, ən pis halda ilk "altılığ"a düşə bilərik.

- Hazırkı baş məşqçiniz Səlahəddin Dərvənt Azərbaycan futboluna yaxından bələddir. Çünki burada işləyib. Azərbaycan futboluna olan marağınız bundan irəli gələ bilərmi?

- Səlahəddin Dərvənt Azərbaycana gəlməmişdən illər öncə mənim məşqçim olub. O, insanlığı dürüstlüyü ilə seçilən bir şəxsdir. Ancaq məşqçi olmaq üçün bunlar yetməyə bilər. Axı məşqçi olmağın öz qaydaları, prinsipləri var. Futbolçuluqdan məşqçi olmaq daha çətindirSəlahəddin Dərvənt məşçqiyə aid çox özəlliklərə sahibdir. Bəlkə , hazırda Türkiyə futbolunda olan ən yaxşı 5 məşqçidən biridir. Bu sözlərim sizə qəribə gələ bilər, amma dediklərimin doğru olduğunu gələcəkdə özünüz görəcəksizSəlahəddin Dərvənt təkcə əsas komandayla maraqlanmır, o, artıq uşaq futbolunu da nizama salıb.

- RailDənizlispora keçdikdən sonra burada çoxları sizin komandayla maraqlandığından, bu sualı sizdən soruşacamSəlahəddin Dərvəntdən əvvəlki məşqçiniz komandanı tərk etdikdən sonra yeni rəhbərlik - sizlər haqda olduqca xoşagəlməz sözlər işlədib. Bunu necə qiymətləndirmirsiz?

Hər hansı bir işdə heç bir vidalaşmaq insana asan gəlmir. Biz zamanla gördük ki, o məşqçiylə bizim futbola baxışımız, fikirlərimiz üst-üstə düşmür. Bu səbəbdən , onunla yollarımızı ayırdıq. O da komandadan gedişinə bir çox bəhanələr uydurmağa başladı. Siz mənə inanmaya bilərsiz, amma Rail Məlikov sizin öz futbolçunuz, öz adamınızdır, soruşun, doğrusunu o sizə deyər. Zaman özü göstərəcək ki, hansısa müddətdən sonra o məşqçi harada olacaq, biz harada olacaq. Bizim klub rəhbərliyi elə səviyyəsiz açıqlamalara cavab vermək istmədi. Zamanla hər kəs nəyin doğru, nəyin yalan olduğunu görəcək.

Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail