“Neftçi”də uşaq futbolu həmişə pulsuz olub”

03.12.2012 | 94343 dəfə oxunub

Bu insanı 24 ildi tanıyıram. Həm uşaq futbolunun bilicisi kimi, həm əsl vətənpərvər kimi böyük hörmətim var. Azərbaycan futboluna neçə-neçə istedadlar bəxş edib, uşaq futbolunda əvəzssiz xidmətlər göstərib. Hamımızın yaxşı tanıdığı Kamran Ağayev, Rauf Mehdiyev, Ruslan Abışov, Namiq Yusifov, Elnur Abdullayev, Rəşad Sadiqov, Araz Abdullayev, Xəqani Məmmədov başqalarının futbolçu kimi yetişməsində müstəsna rol oynayıb. Söhbət əməkdar məşqçi İslam Kərimovdan gedirOnun barəsində çox danışmaq olarAzərbaycanda uşaq futbolunun vəziyyəti, qarşılaşdığı problemlər, haqqında bildiklərimizi bilmədiklərimizi özündən eşitmək daha yaxşıdır.

* 1967-ci ildə Bakıda anadan olmuşam. 1992-ci ildən bu günə kimiNeftçiPFK-da işləyirəmAzərba - ycan müstəqillik qazanandan sonra müxtəlif yaş qrupları arasında keçirilən birinciliklərdə 9 dəfə birinci, 5 dəfə ikinci, 5 dəfə isə üçüncü olmuşam. Cəmi bir il medal qazana bilməmişəm ki, o da 1992-93- ilə təsadüf edir. Həmin il Ağdamda rəhmətlik Allahverdi Bağırovun batalyonunda vuruşmuşam. Müxtəlif illərdə bir çox ölkələrdə keçirilən beynəlxalq turnirlərdə rəhbərlik etdiyim komandalar uğurla çıxış edərək mükafatlar qazanıb. Onların  arasında ən yaddaqalanı 2002-ci ildə 17 yaşlılar arasında Avropa çempionatında mərhələ adlamağımızdır. Bu, Azərbaycan futbolunun uğuru idi. 1992-ci ildə AFFA- təsis edənlərdən biriyəm. 2007-ci ildəAkateqoriyalı məşqçi lisenziyası almışam. Futbolda göstərdiyim xidmətlərə görə dövlət məni 2010-cu il oktyabrın 24-əməkdar məşqçifəxri adına layiq görüb. Hazırda yüksək liqada 68 yetirməm futbol oynayır. Onların 6-ı əsas millinin, 9-u U-21-in şərəfini qoruyur.

*Naxçivanikəməliyyatına görə Azərbaycan Respublikası Prezidentinin mükafatını almışam. 1992-ci iil oktyabrın 9-daAzadlıqmeydanında Milli ordumuzun keçirdiyi ilk hərbi paradın iştirakçısı olmuşam. Paraddan sonra bir qrup hərbçini qəbul edən rəhmətlik Əbülfəz Elçibəy mənə dövlətimizə daha çox futbol sahəsində xeyir verə biləcəyimi demişdi. 1993- ilin mayında AğdamdaQarabfğlaNeftçinin oyunundan sonra AFFA-nın keçmiş prezidenti Fuad Musayev Elçibəyin tapşırığı ilə məni Bakıya gətirdi. O vaxt futbolumuzda kadr çatışmazlığı var idi. Həm milli komanda yenicə yaradılmışdı.

* Futbolun inkişafında iki vacib şərt varkütləvilik qayğı. Hazırda dövlətimiz uşaq futboluna kifayət qədər diqqət göstərir. Prezident İlham Əliyevin imzaladığı məlum sərəncamdan sonra uşaq futboluna münasibət kökündən dəyişib. Amma kütləvilik çox aşağıdı. Keçmiş SSRİ dövründə məhəllələr arasındaSevinc”, “Dəri topKubokları keçirilirdi. Yaxşı yadımdadır, 1987-ci ildə Nizami rayon 28 saylı MİS-in komandası ilə Çimkənddə keçirilən SSRİ çempionatında birinci yeri tutmuşduq. Bombardir isə sonradan millimizin şərəfini qorumuş Elşən Qəmbərov olmuşdu. Fikrimcə, uşaq futbolunun inkişafı üçün vacib olan əsas şərtlərdən biri məktəblərdə futbolun tədris olunması, turnirlər, yarışlar təşkil edilməsidir. Düzdür, hazırda məktəblilər arasındaKoka-kolaturniri keçirilsə , çox qısa müddəti əhatə edir. Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə təşkil olunanSabahın ulduzlarıturnirini misal çəkmək olar. Yeri gəlmişkən, sözügedən turniri ilk dəfə mən Neftçinin vitse-prezidenti Tahir Süleymanov təşkil etmişik. Nəticəsi göz önündədir. Artıq neçə ildir fasiləsiz keçirilir 10-11 yaşlı uşaqların futbolu öyrənməsində önəmli rol oynayır.

* Hazırda bütün klubların nəzdində uşaq futbolu fəaliyyət göstərir. 10 yaşından etibarən uşaqlar burada futbolun sirlərinə yiyələnirlər. Məncə, yaş həddi 6-7- endirilərsə, daha yaxşı olar. Bu yaşda uşaqlar məktəbdə - ibtidai sinifdə əlifbanı necə öyrənirlərsə, meydançada da futbolun əlifbasını öyrənməlidirlər. Xüsusi akademiyalar yaradılmalıdır. Uşaqlar burada həm məşq keçməli, həm dərs oxumalı, həm dincəlməlidirlər. SSRİ dövründə belə Akademiyalar var idi nəticə çox yaxşı idi. Nəyə görə bunu indi eləməməliyik? Məncə, hazırda bir çox klublar bu yöndə müəyyən işlər aparırlar düşünürəm ki, qısa zaman kəsiyində nəticəsi sevindirici olacaq. Bundan başqa xüsusi istedadlı uşaqlar xaricə göndərilməli birbaşa federasiya klubların diqqət mərkəzində olmalıdı. Maraqlı bir faktı qeyd edim – 1995-ci ildə Tiflisdə olarkən Gürcüstan Futbol Federasiyasının o vaxtkı prezidenti Nodar Axalkadze ilə göruşmuşdük. O bizə xüsusi istedadlı uşaqların siyahısını göstərdi. Diqqətimi Zuqdidinin ucqar kəndirdən olan bir uşağın adı çəkdi. Təsəvvür edin, xüsusi istedadlı 10 yaşlı uşağın adı federasiya prezidentinin masasının üstündə idi o, daim bu uşağı nəzarətdə saxlayırdı.

* Bir çox klublarımız uşaq futbolunun inkişafı üçün xaricdənTürkiyədən, İspaniyadan, Almaniyadan mütəxəssislər dəvət edirlər. Əslində rəqabət baxımından tədqirəlayiq haldır. Amma nəzərə almaq lazımdır ki, gəlmələr gərək yerli məşqçilərdən ən azıbir başüstün olmalıdırlar. Belə olduğu halda həm uşaqlar həm yerli məşqçilər onlardan çox şey öyrənə bilərlər. Uşaq futbolunda 13 yaşa kimi hər yaş qrupu ilə 3 – baş məşqçi, köməkçi qapıçılarla işləyən məşqçilər məşğul olamlıdır. 15-17 yaş arası ilə bura fiziki hazırlıq üzrə məşqçi əlavə olunmalıdırİndiki zamanda bütün yük bir məşqçinin üstünə düşür. 17 yaşdan sonra isə artıq futbolçuya peşəkar yanaşma olmalıdı.

* Futbolumuzun inkişafına əngəl olan problemlərdən biri 18 yaşdan sonra yarışların keçirilməməsidir. Təsəvvür edin, bu yaş həddinə kimi futbolçu yetişdirəsən bütov bir komandadan cəmi bir neçəsini əvəzedici heyətə verə biləsən. Qalanlarının taleyi isə heç kimi maraqlandırmaya. Ürəkağrıdıcı faktdır. Düzdür, yerdə qalanlar müəyyən müddət müxtəlif rayonları təmsil edən həvəskar komandalarındahansı ki özlərində uşaq futbolu yoxdur futbolçu yetişdirə bilmirlərfutbol oynaya bilirlər. Amma bu problemin həlli deyil. Ümumiyyətlə, həvəskar liqanın əleyhinəyəm. Düşünürəm ki, tezliklə 19 yaşlılar arasında da çempionatın təşkil olunması vacibdir. Bir çox rayonlarımızda uşaq futbolu yox səviyyəsindədir. Şirvan, Bərdə, Ucar, Ağdaş, Zərdab s. Bilirsiniz, bu rayonlarda qədər istedad məhv olur. Onları tapıb üzə çıxartmaq lazımdır. Bunun üçün hər klubun nəzdində təcrübəli seleksiyaçı olmalıdır. Özüm haqda onu deyə bilərəm ki, Kamran Ağayevin Dəvəçidən, Ədahim Niftəliyevin Migəçevirdən, Kənan Kərimovu Yevlaxdan s. üzə çıxmasında rolum olub.

* Uşaq futbolu pulsuz olmalıdır. Dövlətimiz UEFA uşaq futbolunun inkişafı üçün kifayət qədər maliyyə yardımı ayırır bu pullar federasiya tərəfində klublar arasında bölünür. Futbolçular hər bir idman ləvazimatı ilə təmin olunur, məşq keçmələri üçün bütün lazımi şərait yaradılır. Uşağa pulla məşq keçmək cinayətdir. Əgər belələri varsa, onlar məşqçilikdən ömürlük uzaqlaşdırılmaqla yanaşı, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar, Hərdən belə xəbərlər eşidirik. Əminliklə deyə bilərəm ki, “Neftçi heç bir məşqçi uşaqdan pul ala bilməz. İclaslarda klubun prezidenti Sadıx Sadıxovun bu barədə söhbətləri olub. Əgər belə hal olarsa, həmin məşqçinin vəziyyətini təsəvvür etmək lazımdı. Uşaqlar klub tərəfindən daima qayğı ilə əhatə olunublar, dəfələrləNeftçiklubunun rəhbərliyi uşaqları öz hesabına müxtəlif beynəlxalq yarışlara göndərib.

* Hazırda müxtəlif yaş qruplarında Milli komandamıza alman mütəxəsislər başçılıq edir. Bu federasiyanın qərarıdır ona hörmətlə yanaşmaq lazımdır. Əgər gələcəkdə müraciət olunarsa, canla-başla millidə çalışmağa hazıram. Özü təmənnasız. Hər halda bu sahədə kifayət qədər təcrübəm var, düşünürəm ki, futbolumuza bu yöndə xeyir verə bilərəm.

* 1990- ildə Daşkənddə turnir keçirilirdi. Bizim oyundan əvvəl o vaxt nəşr olunanSovetski UzbekistanqəzetindəSabah İslam Kərimov stadionda olacaqsərlövhəli məqalə dərc olunmuşdu. Oyunun keçiriləcəyiPaxtakorstadionunda bir qaça-qaç düşmüşdü ki. Stadion işçilər sonradan bildilər ki, qəzet Özbəkistan rəhbəri İslam Kərimovu deyil, məni nəzərdə tuturmuş. Turnir bitdikdə nümayəndə heyətimizi qəbul edən adaşım mənimlə yaxından tanış oldu.

* 2001-ci ildə Macarıstanda 17 yaşlıların Avropa çempionatı keçirilirdi. Albaniya ilə oyundan əvvəl Valeri Hayıcev mənə yaxınlaşaraq rəqibin çox güclü məğlubiyyətin qaçılmaz olduğunu dedi. Mən bilirdim ki, rəqib çox güclü idi. Nəsə eləmək lazımıydı. Səhər tezdən mehmanxananın həyətində gəzişərkən gördüm ki, bağban ağacları sulayır. Tez bir torba götürdüm torpaqla doldurdum. Oyundan əvvəl bayrağımızı torpaqla dolu torbanı stolun üstün qoyub dedim: “Bu bizim bayrağımızdı, bu da Şəhidlər Xiyabanından götürülmüş torpaq. Çıxın Azərbaycan naminə, şəhidlərimiz naminə vuruşun!” Həmin oyunu uşaqlar 3:2 uddular.

* Daha bir maraqlı hadisə 2005-ci ildə İtaliyanın Udine şəhəridə olub. 15 yaşlı uşaqlar arasında mini-futbol turniri keçirilirdi. Finalda yerliUdinezekomandası ilə qarşılaşmalı idik. Oyundan əvvəl yerli komandanın rəhbərliyi hər vəchlə bizim uduzmağımıza çalışırdı. Matçı yerli hakim idaər edirdi. İlk dəqiqələrdən məsələnin yerdə olduğu üzə çıxdı. Referi Amid Quluzadəyə haqsız olaraq qırmızı vərəqə verdi. 5 nəfərlə qalmağımıza baxmayaraq, Araz Abdullayev  2 dəfə fərqləndi. Sona 5-6 dəqiqə qalmış hakim qapımıza yenə haqsız olaraq penalti təyin etdi – 2:1. Əsas əlavə olunmuş vaxt  başa çatsa da, oyun qurtarmaq bilmirdi. Məlum məsələ idi, hesab bərabərləşməyincə oyun bitməyəcəkdi. qədər səs-küy salsaq da, xeyri olmadı. Məcbur olub stadionun qırağına qoyulan qalibə verilməli olan kuboku  götürüb soyunub-geyinmə otağına tərəfkubok mənimdi, əlimdən ala bilmsəzsiniz, heç kimə verməyəcəmdeyə qaçmağa başladım. Bundan sonra haikmin final fitini eşidə bildik.

İlqar Tağıyev, "Het-trik news" qəzeti



  #25   Adınız: Ramazan;   E-mail: [email protected]

09.10.2020 14:34

Salam.Menim adim Ramazandı.Men futbol
klubuna daxil olmaq isteyitem. Nece daxil
ola bilerem??? 2004 il tevelludlu....

  #24   Adınız: Fəttah;   E-mail: [email protected]

07.09.2020 16:34

11 yaşım var çox yaxşı oynayıyıram zehmet olmasa
meni qebul edin

  #23   Adınız: Müşviq;   E-mail: [email protected]

07.01.2020 20:18

Salam men 2002 ci ilem ve futbolu davam
etdirmek fikrim var xahis edirem bunu ciddiye
yanaşin

  #22   Adınız: Qurban;   E-mail: [email protected]

10.12.2019 12:28

Salam.adım Qurbandı.fudbol oynamağı
bacarıram.hücümçu mövqeyinde yaxşîyam.2002
-ci il tevellüdlüyem.xaiş edirem nezere
alın.

  #21   Adınız: Zeyd;   E-mail: Adil

07.12.2019 20:17

Salam mənim adım Zeyd di mən Neftçi
futbol klubuna yazılmaq istəyirəm
topla aram yaxşıdır özüm də
kapıçıyamyəni varatar

  #20   Adınız: Rasad ;   E-mail: ---

18.11.2018 16:02

Oglum Raul 4 yas Yarimliqdi,futbola aid ne
varsa ala bileceksiz ondan, Sag sol
ayaqlari islek,10 top cileyir,topla
refdari yaxsi, hal hazirda futbol
mesqlerne gedir, boyu yaxsidi yasna gore

  #19   Adınız: Sirzad;   E-mail: [email protected]

14.09.2018 19:05

Salam aleykum mənim adım Şirzad di men
Neftçi futbol klubuna yazılmaq isteyirem
elaqe nömrəm 0553833852

  #18   Adınız: Davud;   E-mail: [email protected]

22.07.2018 17:37

Salam men neftci futbol kulubuna gelmek
istiyirem.yeri ve unvani bilmirem xaiw
edirem nomrenizi deyin

  #17   Adınız: ferhad;   E-mail: ferhad459

07.07.2018 10:17

Salam.Menim adim ferhad.menim 13 yasim
var.ozum 6 ay xacmaz seherinde futbola
gedmisem.ozumde futbola maragim var.futbolun
butun qaydalarini da bilirem.ona gorede
sizin NEFTCI futbol klubuna yazilmaq
isteyirem.elaqe nomrem:070 594 40 78

  #16   Adınız: Royal;   E-mail: [email protected]

30.06.2018 02:30

Futbolcu olmaq isteyrem

  #15   Adınız: Nasimi ;   E-mail: [email protected]

03.06.2018 12:30

Salam ! Usagin 9 yasi var , biz sizinle nece elage saxlaya
bilerik ?

  #14   Adınız: Elnur;   E-mail: Kerimov [email protected]

23.05.2018 10:24

Salam.Men ftbolu yaxsi oynayiram 2001-ci ilem.
Sizinle nece elaqe saxliya bilerem.

  #13   Adınız: Elnur;   E-mail: Kerimov [email protected]

22.05.2018 17:26

Salam ftbolu yaxsi oynayiram mesqlere gedirem.
Meni kuluba goturersiz.

  #12   Adınız: Elnur;   E-mail: Kerimov [email protected]

22.05.2018 17:24

Salam ftbolu yaxsi oynayiram mesqlere gedirem.
Meni kuluba goturersiz.

  #11   Adınız: Cemile ;   E-mail: [email protected]

02.05.2018 23:50

Salam.Oqlumun 13 yasl var. Futbola cox
hevesi var. Xais edirem "Neftci usaq klubu
nece qoya bilerem? Ve unvanlnlzl deyerdiz
zehmet olmasa.

  #10   Adınız: Cavid;   E-mail: [email protected]

14.04.2018 22:08

Salam mən 2005 iləm sizin klubuvuza gəlmək
istəyirəm gəsəng də oynayıram

  #9   Adınız: sadiq;   E-mail: 0508790676

18.02.2018 21:17

salam men futbolcuyam meni sizin komandiya nece sala
bilersiz

  #8   Adınız: Yunis;   E-mail: azeoyuncu8746

18.02.2018 17:33

Salam. Əlaqə saxlamaq üçün nece edek ? Telefon nömrəsi yoxdu?

  #7   Adınız: elsen;   E-mail: [email protected]

28.01.2018 01:37

salam men ftbola yazlmaq istirem nece elim

  #6   Adınız: elsen;   E-mail: elsen94949494

28.01.2018 01:36

salam men ftbola yazlmaq istirem nece elim?

  #5   Adınız: ELMIR ABIYEV;   E-mail: ---

22.10.2017 14:10

ADIM ELMIRDI MEN SIZIN FUTBOLA NECE YAZILA BILEREM

  #4   Adınız: Sevda;   E-mail: [email protected]

10.10.2017 11:43

Salam.Mənim oğlumun 10 yaşı var və futbola çox həvəsi var.
Sizin uşaq futbol komandasına necə yazıla bilər?

  #3   Adınız: cavid;   E-mail: [email protected]

30.08.2017 19:42

Salam. Oglum 2009-cu ildir. Futbola hevesi var. Sizin komanda nece yazilmaq
olar?

  #2   Adınız: Nadir;   E-mail: [email protected]

07.07.2017 00:55

Mesqler gelmek isdyirem normal oynuya
bilirem 2000 ci ılem

  #1   Adınız: Nadir;   E-mail: [email protected]

07.07.2017 00:51

Salam sizinle nece elaqe saxliya bilerem

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail