"Bakı" və "Qəbələ"nin futbolçuları 3 oyunluq cərimələndi

04.12.2012 | 3665 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti toplantısı keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib: 

01 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Sumqayıt” – “Simurq” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 60-cı dəqiqəsində “Simurq” klubunun 3 №-li futbolçusu Elçin Süleymanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
01 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Xəzər Lənkəran” – AZAL oyununun 20-ci dəqiqəsində AZAL klubunun 5 №-li futbolçusu Aydın İslamov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
01 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Turan” – “Kəpəz” oyununun 28-ci dəqiqəsində “Turan” klubunun 6 №-li futbolçusu Sənan Qocayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
01 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Qəbələ” – “Bakı”  oyununun 81-ci dəqiqəsində “Qəbələ” klubunun 48 №-li futbolçusu Əziz Hüseynovla “Bakı” klubunun 5 №-li futbolçusu Haqverdi Yusifov bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 1000 manat cərimə olunur (maddə 42.1).
28 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Kubokunun 1/8 final “Turan” – “Xəzər Lənkəran” matçının 90+3-cü dəqiqəsində “Turan” klubunun 1 №-li futbolçusu Andrey Popoviç sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 116-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 10 №-li futbolçusu Elnur Abdullayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).
26 noyabr 2012-ci il "Azercell U-17 Liqa"nın “Kəpəz” – “Rəvan” matçının 71-ci dəqiqəsində “Kəpəz” klubunun 1 №-li futbolçusu Cavid Əsgərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
26 noyabr 2012-ci il "Azercell U-17 Liqa"nın “Simurq” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Simurq” klubunun 10 №-li futbolçusu Rəhman Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
29 noyabr 2012-ci il U-16 Liqasının “Neftçi” – “Qəbələ” matçının 67-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu İbrahim Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
29 noyabr 2012-ci il U-16 Liqasının AZAL – “Bakı” matçının 68-ci dəqiqəsində AZAL klubunun 17 №-li futbolçusu Muxtar Əliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
02 dekabr 2012-ci il U-14 Liqasının UGİM (Ağdaş) – “Simurq” matçında UGİM (Ağdaş) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
01 dekabr 2012-ci il U-14 Liqasının “Ağdam” – “Rabitəçi” matçının 43-cü dəqiqəsində “Rabitəçi” klubunun 3 №-li futbolçusu Ceyhun Əzizov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.3).
01 dekabr 2012-ci il U-14 Liqasının “Lerik” – TİM (Lənkəran) matçının 40-cı dəqiqəsində TİM (Lənkəran) klubunun 4 №-li futbolçusu Ramin Əlizadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
02 dekabr 2012-ci il U-14 Liqasının “Fizuli” – UGİM (Saatlı) matçının 36-cı dəqiqəsində UGİM (Saatlı) klubunun 4 №-li futbolçusu Fərid Əsgərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 42.1).
02 dekabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın UGİM (Ağdaş) – “Qəbələ” matçında UGİM (Ağdaş) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
02 dekabr 2012-ci il futzal üzrə I divizionun “Baku Fire” – “Metro AİR” matçının 12-ci dəqiqəsində “Metro AİR” klubunun 11 №-li futbolçusu Vüsal Heybətov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 22-ci dəqiqəsində “Metro AİR” klubunun 10 №-li futbolçusu Mirzə Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
Oyunun 22-ci dəqiqəsində “Baku Fire” klubunun 9 №-li futbolçusu Elnur Adıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
02 dekabr 2012-ci il futzal üzrə I divizionun “Xəzri” – “Ağdaş” matçının 9-cu dəqiqəsində “Ağdaş” klubunun futbolçusu Əli Hüseynov hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
02 dekabr 2012-ci il futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Rabitə” – “Baku Fire” matçının 40-cı dəqiqəsində “Rabitə” klubunun 22 №-li futbolçusu Vüqar Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail