"Qurban Qurbanov mənimlə xüsusi maraqlandı"
"İlk olaraq qeyd edim ki, "Neftçi"ylə oyunda bütün komanda yaxşı çıxış elədi. Mən özümü bu barədə fərqləndirməzdim. Azarkeşlərin şüarlarını eşitdim. Onların rəğbətini qazanmaq mənə çox xoş oldu. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Neçə oldu bunu qazandım? Nə deyim? Bütün oyunlarda sona qədər mübarizə aparıram. Bəlkə, bu azarkeşlərin diqqətini cəlb edib". Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib.
Gənc müdafiəçi Ağdam klubuna gəldiyi ilk günləri belə xatırlayıb: "Qarabağ"a gələndə elə ciddi problem yaşamadım. Milli futbolçularla öncədən tanışlığım vardı. Ümumilikdə, bütün komanda məni çox istiqanlı qarşıladı. Qurban Qurbanov mənimlə xüsusi maraqlandı. İlk oyunda meydana çıxanda bir qədər həyəcanım vardı. Hər halda çempionluğa oynayan, ciddi hədəfləri olan komandaya gəlmişdim. Amma oyundan oyuna özünəminlik daha da artdı. Admir Teliylə oynamaq mənə üstünlükdür. Hiss olunur ki, Teli çox təcrübəlidir, daim mənə dəstək olur. Ümumilikdə, bütün komanda olduqca mehribandır. Hamı eyni hədəf üçün çalışır. İnanıram ki, bu birliyimiz sonda öz nəticəsini verəcək. Konkret hədəfə gəlincə, həm ölkə çempionatında, həm də kubok da sona qədər mübarizə aparıb, maksimum nəticə qazanmağa çalışacağıq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |