“Hər şey yaxşı olsa, “Qəbələ” ilə qarşılaşmada meydana çıxacam”

04.12.2012 | 4084 dəfə oxunub

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində Bayıl Arena-da “Qəbələ”ni qəbul edəcək. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Bernhard Raab artıq bu oyun üçün hazırlıqlara start verib. Millinin Şimali İrlandiya ilə keçirilmiş görüşündə zədələnən “Sumqayıt” FK-nun qapıçısı Səlahət Ağayev hazırlıq prosesi barəsində və zədəsi ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Hazırlığımız normal şəkildə davam etdir. Bu gün komandada istirahət günüdür. Sabahdan yenidən məşqlərimizi bərpa edəcəyik. Əsas məqsədimiz "Qəbələ" ilə görüşdən qalib ayrılmaqdır. Zədəli olsam da, komanda ilə birlikdə hazırlığımı davam etdirirəm. Sabah barmağımdakı gips açılacaq. Bundan sonra növbəti dəfə həkim müayinəsindən keçəcəm. Hər şey yaxşı olsa, “Qəbələ” ilə qarşılaşmada meydana çıxacam. Açığı, tələsmək məsləhət deyil. “Sumqayıt” FK-nun azarkeşləri rahat olsunlar. Çünki, məndən başqa, komandada Elçin Sadıqov və Anar Məhərrəmov kimi iki istedalı qapıçı var. Elçin AZAL və “Simurq”la keçirilmiş son iki görüşdə olduqca inamlı təsir bağılayıb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail