Avropanın aparıcı klubları Qəbələyə gəlir

05.12.2012 | 3622 dəfə oxunub

“Qəbələ” Futbol Klubu II Qəbələ Kubokunun hazırlıqlarına start verib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçiriləcək turnir 28 may – 04 iyun tarixlərində Qəbələdə baş tutacaq . Avropanın öndə gedən klublarının iştirakı ilə reallaşacaq  II Qəbələ Kubokunun təşkilatı işlərinə artıq başlanıb. Turnirin loqosu hazırlanaraq təsdiqlənib. Loqoda futbol rəmzi olan buts və Qəbələnin rəmzi olan dağların kontrastı öz əksini tapıb. Bundan əlavə bir sıra məşhur Avropa klubuna dəvət göndərilib. Yaxın vaxtlarda turnir iştirakçılarının dəqiq siyahısı müəyyənləşdiriləcək.  

Xatırladaq ki, ilk turnir 30 may – 04 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail