"Ölkədəki bütün klub prezidentləri gəlsin, Sadıq Sadıqovdan kvalifikasiya dərsi alsınlar"

07.12.2012 | 5655 dəfə oxunub


Milanda "İnter"lə tarixi oyunda 2:2 hesabı ilə bərabərə qalan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev qarşılaşmadan sonra matçı dəyərləndirdi.

- Əlbəttə, oyundan sonra sizlərlə görüşmək mənə xoşdu. Fürsətdən istifadə edib vətəndə olan bütün futbolsevərləri salamlayıram, hamısını təbrik edirəm. Bizim futbol neçə illərdi əziyyət çəkir, amma bu gün biz gözəl oyunla biz İtaliyada "İnter" kimi komandaya qarşı bərabərə qalırıq. 

- Bura gələndə xalla dönəcəyinizə inanırdız?

- Əlbəttə, inanırdıq. Mən özümdən başqa hamıya inanırdım. Bu gün "İnter" nədə bizdən üstün oynadı. Biz bütün konponentlərdə rəqibi üstələdik. Oynanılan futbol ortadadır. Futbolu yorğan altında gizlətmək olmaz, hər şey göz qabağındadır. 

- Mətbuat konfransına hansı ab-hava ilə gəlmisiz? Şokdasız, yoxsa düşünürsüz ki, "Neftçi" bu oyunu niyə uda bilmədi?

- Məni nəyləsə təəccübləndirmək mümkün deyil. Mən bu həyatın hər üzünü hər üzünü görmüşəm. Sizlər yaxşı bilirsiz ki, mən bir neçə ay əvvəl Cəbrayılın (Azreyilin) əlin sıxıb gəlmişəm. Görürsüz ki, heç burnumu da qaldırmamışam, mənim işim bundan ibarətdir. 

- Siz artıq qrupa düşərkən qalib idiz. Sizcə "Neftçi"nin bu turniri major notlarda bitirməsi futbolumuzda inkişafdır, yoxsa qaranlıq tuneldə görünən işıq?

- Gəlin unutmayaq ki, başqa idman növlərindən fərqli olaraq, futboldakı inkişaf ləng gedir. Amma hər şey göz qabağındadır, idmanımızın bu uğuru ölkə prezidentinin düzgün siyasətinin nəticəsidir. Bu inkişaf Rövnəq Abdullayevin AFFA rəhbərliyindəki düzgün işinin nəticəsidir. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır. Bu komandada inkişaf varsa, ölkədəki bütün klub prezidentləri gəlsin, Sadıq Sadıqovdan kvalifikasiya dərsi alsınlar.

- Milli komandanın sükanı arxasına keçmək iddianızı ortaya qoyursuzmu?

- Bir azərbaycanlı kimi bu, bir şərəfdir. Pul dağarcığı yox, məhz şərəf yeridir. Bu gün ölkə idmanı üçün nəsə iş görə bilirsənsə, deməli, xoşbəxtsən. Berti Foqts millidə oturub, özü də bərk oturub, Avropada yığdığı bütün hörmətini xərcləməkdədir. Böyük ehtimalla, m ən Azərbaycanı tərk edəcəm.




  #2   Adınız: Orxan Əfəndiyev;   E-mail: [email protected]

08.12.2012 10:59

Bu böyük qələbəyə görə minnətdarıq Sizə Böyükağa müəllim çox sağ olun!!!

  #1   Adınız: Yusif Haciyev ;   E-mail: [email protected]

07.12.2012 15:47

Ata yenə verdiyin sözü tutdun! sebrsizlikle gelişinizi
gözleyirik inşallah axarıncı uğurunuz olar patriotsan

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail