AFFA Avro-2020 üçün Bakı şəhərinin namizədliyini irəli sürəcək

07.12.2012 | 2611 dəfə oxunub

Əvvəlcədən bildirildiyi kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Gürcüstan Futbol Federasiyası ilə birlikdə 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Futbol Çempionatını təşkil etmək təklifini irəli sürüb və bununla bağlı tenderdə iştirak etməyə hazır olduğunu elan edib. UEFA İcraiyyə Komitəsinin dünənki iclasında AVRO-2020-nin Avropanın müxtəlif şəhərlərində keçirilməsi ilə bağlı qərar qəbul edildi. UEFA və UEFA-ya üzv ölkələrin nümayəndələri ilə əvvəlki görüşlərdə bizim assosiyasıyamız bu innovativ ideyanı dəstəkləyib. Çünki hesab edirik ki, AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ümumi bayram olacaq və nəinki bir və ya iki ölkəyə, eyni zamanda bir çox ölkələrə oyunun əzəmətini hiss etmək imkanı verəcək. Ərizə formasının qısa müddətdə xeyli dəyişiləcəyini nəzərə alaraq, AFFA 2020-ci il Avropa çempionatının təşkilatçı şəhərlərindən biri olmaq üçün Bakı şəhərinin namizədliyini irəli sürmək və müvafiq olaraq sifariş prosesində iştirak etmək barədə qərar qəbul edib.

Bakı son bir neçə il ərzində xeyli inkişaf edib və böyük beynəlxalq tədbirlərin keçirlməsinə hazır şəhərdir. Buna nümunə kimi bu yaxınlarda Bakıda keçirilmiş möhtəşəm Eurovision müsabiqəsini və şəhərimizin sakinlərinin və qonaqlarının xatirəsində böyük futbol tədbiri kimi qalmış FİFA U-17 qadınlararası Dünya Çempionatını göstərmək olar. Bizim gözəl şəhərimizdə yeni və geniş yolların daxil olduğu müvafiq infrastruktur, rahat ictimai nəqliyyat və memarlıq baxımından çox gözəl metropoliten (ümumilikdə 23 stansiya) mövcuddur. 2012-ci il şəhərimizdə yalnız idman ili yox, həm də beşulduzlu lüks otellərin (Hilton Baku, Four Seasons, Abşeron Marriot, Jumeirah Beach Hotel və s.) açılış ili oldu. Bu yaxınlarda Heydər Əliyev adına Beynəlxalq Hava Limanı təmir olunub və aeroportun yeni binasının inşasına başlanılıb. Çox sayda restoran və kafelər müştərilərə yüksək səviyyəli xidmətə hazırdır.

Ötən il futbol baxımından vacib məqamlardan biri isə təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyevin, FİFA-nın prezidenti Joseph S. Blatterin və UEFA-nın prezidenti Mişel Platininin iştirak etdiyi 65.000 nəfər azarkeş tutumuna malik olacaq gözəl bir stadionun inşasının başlanması oldu. Stadionun tikintisi 2015-ci ildə başa çatacaq. Bundan əlavə, Bakıda istər təbii, istərsə də süni ot örtüklü kifayət qədər yeni stadion və məşq meydançası mövcuddur.

Dövlətin dəstəyi ilə ən nümunəvi çempionatlardan biri kimi qiymətləndirilmiş FIFA U-17 qadınlararası Dünya Çempionatının keçirilməsinə nail olduq. Biz əminik ki, dövlətin dəstəyi sayəsində bizim şəhərimiz AVRO-2020-nin təşkilinə namizədlərlə layiqincə rəqabət apara bilər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev sifariş proseduruna uyğun şəkildə fəaliyyət göstərməsini, müvafiq sənədlərin hazırlanmasını və İşçi Qrupun siyahısının təqdim olunmasını baş katib Elxan Məmmədova həvalə edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail