Çex: "Səbirsizliklə dünya çempionatının gözləyirəm"
07.12.2012 | 1276 dəfə oxunub
"Çelsi"
klubunun qapıçısı Petr Çex qarşıdakı Klublararası dünya çempionatı ilə bağlı
fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, çexiyalı qolkiper turniri böyük səbirsizliklə gözlədiyini
bəyan edib: "Bu turniri böyük səbirsizliklə gözləyirəm. Karyeramda bu ilk
olacaq. Buna qədər heç vaxt klublarası dünya çempionatında çıxış etməmişəm.
Bilirsiniz, hər futbolçu "karyeram ərzində müxətlif qitələrin ən güclü
klublarını məğlub edərək, dünya çempionu oldum" deyə bilmir. Amma mən bu uğura
nail olmaq istəyirəm. UEFA Superkubokunda uduzduqdan sonra bu mükafatı qaznmağı
çşox arzulayıram. Qarşıdakı turnir həm də bizim üçün yeni bir təcrübə olacaq.
Müxətlif komandalara, müxtəlif tərzlərə qarşı çıxış edəcəyik. Zaman bunun öhdəsindən
hansı səviyyədə gələcəyimizi göstərəcək. Çalışmalıyıq ki, bütün çətinliklərin
öhdəsindən gələrək, dünya çempionu olaq".