"Bakı"nın keçmiş futbolçusu həbsxanadakı həyatından danışdı

07.12.2012 | 5305 dəfə oxunub

Gürcüstan millisinin sabiq hücumçusu Georgi Demetradze həbsxanadakı həyatından danışıb. Stadium.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu hansı səbəbdən günahlandırıldığını bilmədiyini deyib: "Hələ də həbs olunmağımın səbəbini bilmirəm. Rəmsi olaraq 233-cü maddəyə - oğurluğa görə tutulmuşam. Amma hamı bilir ki, mənim həbsim başqalarını qorxutmaq məqsədi daşıyırdı. Bu, çoxlarına dərs oldu. "Yuxarılar"ın həbsimə qərar qəbul etməsinə başqalarının əliyehinə ifadə verməməyim səbəb oldu. Mən günahsız insanların əleyhinə şahidlik edə bilməzdim. Bundan imtina etdim və qondarma ittihamlara görə həbsxanaya düşdüm".

Demetradze həbsxanada qarşılaşdığı çətinliklərdən də söz açıb: "Burada dəyişilməmişəm, həminki insanam. Əvvəllər deyirdim ki, həyatda həbsxanadan başqa hər şey görmüşəm. İndi buranı da gördüm. Amma həbsxana həyatı məni daha da bərkitdi. "İçəri"də məni döymədilər, amma sərtlik nümayiş etdirdilər. Məni təcriddə saxlamaq üçün xeyli bəhanələr uydururdular. Guya səs-küy salıram, münaqişə yaradıram. Amma mən həbsxanada bir dəfə də olsun dava etməmişəm. Bunlar hamısı uydurma idi. Məni  psixoloji cəhətdən "sındırmaq" istəyirdilər. Bu səbəbdən də məni ciddi rejimli qapalı koloniyaya keçirdilər. Halbuki orada yaınız 25 il və daha artıq müddətə azadlıqdan məhrum edilən insalar yer alır. Orada ən çətin günlərimi keçirdim. 28 gün kartımı vermədilər - hansı ki həmin kartla qida və ya müəyyən ehtiyac duyduğum əşyaları almaq hüququm var idi. Hava almaq üçün həyətə çıxmağa belə qoymurdular. Lakin görəndə ki bütün bunlara baxmayaraq, psixoloji cəhətdən sınmadım, o zaman sakitləşdilər".

Demetradze həbsxanada tanınmış olmağın heç bir rol oynamadığını qeyd edib: "Həm məhbuslar, həm də həbsxananın rəisi məni tanıdı. Amma heç bir güzəştdən söhbət gedə bilməzdi. Həbsxanada tanınmış insan olub-olmamağın heç biri fərqi yoxdu. Heç kim avtoqraf istəməyəcəkdi ki...Orada oğru qanunları hökm sürür".

Gürcü futbolçu tezliklə azadlığa çıxacağını söyləyib: "Bu ilin sonunda parlament böyük amnistiya qərarı qəbul etməlidi. Mənim adım da əfv olunanların siyahısındadır. Ümid edirəm ki, yeni il gecəsi evimdə olacağam".

Qeyd edək ki, karyerası ərzində Georgi Demetradze ölkəmizdə - "Bakı"nın heyətində də çıxış edib. Buna qədər isə o Hollandiyada "Feyenord"un, İspaniyada "Real Soseydad"ın, Ukraynada Kiyev "Dinamo"sunun və "Arsenal"ın, eləcə də Donetsk "Metallurq"unun  heyətində çıxış edib. Rusiyada "Alaniya"nın formasını geyən gürcü futbolçu Vladiqafqaz klubunun heyətində 1999-cu ildə ölkə çempionatının ən yaxşı bombardiri olub. Daha sonra Moskva "Lokomotiv"inə keçən Demetradze 2009-cu ildə "Bakı"dan ayrıldıqdan sonra bir neçə oyun Sxinvali "Spartak"ının  heyətində meydana çıxıb. Gürcüstan millisinində keçidiyi 56 oyunda 12 qol vurub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail