"Xəzər Lənrakən" yenə qələbəyə həsrət qaldı, "Neftçi" qalib gəldi YENİLƏNİB

10.12.2012 | 4838 dəfə oxunub

Bu gün Topaz Premyer Liqasında XVI turun daha 2 oyunu keçiriləcək. Stadium.az xəbər verir ki, liderlər qrupunda qərarlaşan "Simurq" "Xəzər Lənkəran"ı, Avropa macərasını başa vuran "Neftçi" isə "Rəvan"ı qəbul edəcək.   

Cari mövsümə qədər "Simurq"un məğlub edə bilmədiyi 2 komandadan biri olan "Xəzər Lənkəran" ilk dövrədə Sumqayıtda nominal ev sahibi qismində Zaqatala təmsilçisinə uduzdu. Tərəflərin budəfəki dueli də böyük maraq doğuru. "Simurq" son turlar toparlanaraq yenidən zirvə iddiasını ortaya qoyub. Zaqatala klubu "Xəzər Lənkəran"a qalib gəlsə, ilk "altılığ"a bir qədər də yaxınlaşacaq. Cənub klubunun düşərgəsində isə daxili ab-hava heç də yaxşı deyil. Son iki ev oyununda cəmi 1 xal qazanan Bakesin yetirmələri mütləq qələbə qazanıb həm turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmalı, həm də gələn tur "Neftçi"yə qarşı baş tutacaq oyunöncəsi özünəinamı qaytarmalıdı.   

Əvvəlki 3 oyunda heç-heçə etməyən "Neftçi" ilə "Rəvan"ın duellərində 1 tendensiya qeydə alınıb. Belə ki, qol vuran komanda quru hesabla qalib gəlib.

İlk dövrədə gözlənilmədən rəqibinə uduzan "Neftçi" indi həmin yenilginin əvəzini çıxmağa çalışacaq. Hazırda flaqmanın düşərgəsində əhval-ruhiyyənin yüksək olduğu hər kəsə bəllidi. Səfərdə "İnter" kimi komandadan xal alan Böyükağa Hacıyevin yetirmələri oyuna köklənmədə hər hansı problemlə üzləşməsə, rahatca növbəti 3 xalını qazanacaq.  

“Neftçi” - “Rəvan” 2:0 

Qollar: Mirhüseyn Seyidov 43, Nikolas Kanales 63

8-ci kilometr stadionu

Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov

+2=0-1, top fərqi – 2:2

“Neftçi”: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 25. Cavid İmamverdiyev 

Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə

“Rəvan”: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovskiy, 13. Şəhriyar Rəhimov, 14. Juan Manuel Varea, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 26. Fransis Bosman, 27. Nuran Qurbanov 

Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 15. Tural Cəlilov, 17. Rüfət Cəlilov

“Simurq” - “Xəzər Lənkəran” 2:2


Qollar: Murad Səttarlı 15, Marçin Burxardt 66 - Elnur Abdullayev 72Dmitrios Sialmas 90+4

Qırmızı vərəqə: Ruslan Abışov 48 ("Xəzər Lənkəran") 

Zaqatala şəhər stadionu

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev

+1=4-8, top fərqi - 11:21

“Simurq”: 22. David Pietrzkieviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov, 9. Marçin Burxardt, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç

Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 6. Anderson Olivyera, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov, 20. Rəşad Eyubov, 79. Nenad Stoyanoviç

“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov 

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 7. Sadio Tounkara, 17. Kazım Kazımlı, 20. Elnur Cəfərov, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail